Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Ukraynanın baş naziri anti-Rusiya planlarını Artur Rasizadə ilə müzakirə etdi

Ukraynanın baş naziri anti-Rusiya planlarını Artur Rasizadə ilə müzakirə etdi

Ukraynanın baş naziri Arseniy Yatsenyuk Rusiya ilə bağlı Beynəlxalq Ticarət Təşkilatına nota göndərmək istəməsi barədə Azərbaycanın baş naziri Artur Rasizadə illə müzakirə apardığnı bildirib.

Bu barədə Ukrayna Nazirlər Kabineti məlumat yayıb.

Kiyev bu yolla Ukrayna məhsullarının Rusiya ərazisi vasitəsilə tranzitini bərpa etmək istəyir.

Məlumatda bildirilir ki, Ukrayna tranzit məsələsi ilə bağlı yaranmış problemin həlli üçün ticarət tərəfdaşlarının prinsipial razılığını alıb. Və səlahiyətli milli qurumlara bununla bağlı lazımi göstərişlər verilib.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bu məsələ ilə bağlı müvafiq fərman imzalamışdı. Həmin fərmana əsasən, Ukraynadan Qazaxıstana yüklər Rusiya vasitəsilə yalnız Belarus ərazisindən çatdırıla olar. O da xüsusi şərtlərə əməl olunmaqla…

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın