Ana səhifə / Sosial / Ukraynadan təxliyə olunan tələbələr hansı universitetlərə yerləşdirilə bilər? – VİDEO

Ukraynadan təxliyə olunan tələbələr hansı universitetlərə yerləşdirilə bilər? – VİDEO

Ukraynadan təxliyə edilən soydaşlarımız arasında çoxlu sayda azərbaycanlı tələbələr də var. Bu tələbələrin təhlükəsizliyi təmin olunub, hazırda ölkəmizdədirlər. Ancaq indi onları narahat edən daha bir məqam da var. Onların təhsillərinin aqibəti necə olacaq? Ekspertlər bildirir ki, bunun üçün müvafiq qərarlar qəbul olunmalı və onların ölkəmizdəki üniversitetlərə köçürülməsi təmin edilməlidir. Qeyd edək ki, hazırda Ukraynada 9 minə yaxın azərbaycanlı gənc təhsil alır.

Hazırda Ukraynada davam edən müharibə Pərviz İsgəndərli kimi minlərlə Azərbaycanlı gəncin təhsilini yarımçıq qoyub. Təhsil eksperti Kamran Əsədov  bildirib ki, belə tələbələrin artıq orada təhsil alması mümkünsüzdür.

Görünən odur ki, yaxın  illərdə də dağıntılar səbəbindən Ukraynada normal təhsil mühiti bərpa edilməyəcək deyə təhsil eksperti  qeyd edib.

İndidən onların siyahıya alınması təşkil edilməlidir. Bunun üçün müvafiq qərarlar qəbul olunmalı və onların köçürülməsi təmin edilməlidir  deyə Kamran Əsədov vurğulayıb.

Həmçinin oxuyun

Bazar gününün hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, …