Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / Sosial / Ucarda uçqun – Torpaq altında qalan iki nəfər xilas olundu

Ucarda uçqun – Torpaq altında qalan iki nəfər xilas olundu

Ucarda uçqun altında qalan iki nəfər xilas edilib.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunda yeraltı su xətlərində təmir işləri aparılan zaman yaranan uçqun nəticəsində 2 nəfərin palçıq kütləsinin altında qalması barədə məlumat daxil olub.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Görülən tədbirlər nəticəsində 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Həmçinin oxuyun

“BakuBus” avtobusu bir manevrlə bütün yolu iflic etdi – VİDEO

Bakıda sərnişin avtobusu kobud şəkildə qaydanı pozub. Bu barədə paytaxt sakinləri baku.ws-in “qaynar xətti”nə məlumat …