Ana səhifə / Sosial / Üç nəfərin meyiti tapıldı – RƏSMİ

Üç nəfərin meyiti tapıldı – RƏSMİ

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 49 yanğına çıxış və beş halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində dördü azyaşlı olmaqla beş nəfər, o cümlədən Buzovna sularda xilasetmə məntəqəsinin ərazisində batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib, Sabirabad rayonunun Zəngənə kəndində fərdi yaşayış evində baş vermiş yanğın zamanı üç nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin oxuyun

Azərbaycanda daha 56 nəfər virusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb, …