Şənbə , Avqust 24 2019
Ana səhifə / Sosial / “Türkmənlər Mosulda vəziyyətin gərgin olduğunu deyirlər” – Qubad İbadoğlu

“Türkmənlər Mosulda vəziyyətin gərgin olduğunu deyirlər” – Qubad İbadoğlu

“Bağdada səfərim bir gün nəzərdə tutulurdu. Mən hökumət nümayəndələri ilə görüş keçirdim və daha sonra İraq parlamentində çıxış etdim. Çıxışdan sonra parlamentdə olan türkmən millət vəkilləri mənə yaxınlaşdı. Biz görüşdük, bir qədər söhbət etdik. Mosulda və Kərkükdə vəziyyətin necə olduğunu soruşdum. Onlar isə bildirdilər ki, vəziyyət getdikcə gərginləşir”.

Bunu Teleqraf.com-a Azərbaycanda Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Xatırladaq ki, Q.İbadoğlu bu həftənin əvvəllərində İraqda səfərdə olub. Onun səfəri tarixi oğuz-türk torpaqları olan Mosula hücum, eləcə də Kərkükdə mürəkkəb vəziyyətin olduğu dövrə təsadüf edib.

Hərəkat sədri deyib ki, türkmən deputatlar ona vəziyyətin gərgin olduğunu bildiriblər: “İraq parlamentində həm kürdlər, həm də türkmənlər təmsil olunur. Kürdlər türkmənlərlə müqayisədə demək olar ki, bir neçə dəfə çoxdurlar. Türkmənlərin parlamentdə cəmi beş deputatı var. Onlar fəaldır və fəaliyyətləri var. Lakin qərarlara təsir edəcək fraksiyaları, sayları yoxdur. Yəni türkmən deputatlarının parlamentdə ciddi rolunu görmək və proqnozlaşdırmaq bir qədər çətindir”.

Qubad İbadoğlu daha sonra deyib ki, paytaxt Bağdadda ümumi vəziyyət sakitdir: “Təhlükəsizlik qüvvələri nəzarət postlarını çoxaldıb, ciddi yoxlamalar aparırlar. Xüsusilə hava limanı ciddi qorunur. Mən 2014-cü ildə də Bağdadda olmuşdum. Hiss olunur ki, o dövrlə müqayisədə indi daha ciddi yoxlamalar var”.

Q.İbadoğolu əlavə edib ki, Mosul məsələsi kürdlərin və türkmənlərin prosesdə iştirakına təsir göstərəcək: “Bir tərəfdən kürdlərin mövqeyini gücləndirmək imkanı var, digər tərəfdən bu türkmənlərin mövqeyinin zəifləməsinə səbəb ola bilər. Prosesin gedişindən çox şey asılıdır. Türkiyə-İraq münasibətlərinin gərginliyi türkmənlərin vəziyyətinə o qədər də yaxşı təsir göstərmir. Əksinə, türkmənlərin mövqelərinin zəifləməsinə gətirib çıxarır”.

Həmçinin oxuyun

Bu fəhlələr 1 il 7 aydır maaş almır – Video

Fəhlələr1 il 7 aydır işlədiyi tikintidən maaşını ala bilmir. Söhbət Abşeron rayonu “Masazır Park” Yaşayış …

Bir cavab yazın