Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Türkmənistan prezidenti Azərbaycana səfərə gəlir

Türkmənistan prezidenti Azərbaycana səfərə gəlir

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov avqustun 8-i Azərbaycana səfər edəcək. Türkmənistanın dövlət informasiya agentliyi xəbər verir ki, səfər iki gün davam edəcək.

Səfərin təşkili ilə bağlı məsələlər Türkmənistanın Nazirlər Kabinetinin iclasında müzakirə olunub.

Q.Berdıməhəmmədovun Bakıya səfəri çərçivəsində bir neçə ikitərəfli rəsmi sənədin imzalanması nəzərə tutulub.

2007-2017-ci illər ərzində Azərbaycan və Türkmənistan arasında yüksək səviyyədə dörd qarşılıqlı rəsmi səfər baş tutub. Tərəflər arasında normativ-hüquqi baza 52 ikitərəfli sənəddən ibarətdir.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın