Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Türkiyənin İŞİD-lə PKK-nın ortaq hədəfinə düşməsinin sirri

Türkiyənin İŞİD-lə PKK-nın ortaq hədəfinə düşməsinin sirri

 

Türkiyənin daxilində uzun müddətdir ki, PKK problemi yaşanır. Terrordan əziyyət çəkən Türkiyə var gücü ilə bu bəladan xilas olmağa çalışır.
Hətta son illərdə vəziyyət o həddə çatdı ki, Türkiyə “Kürd açılımı” adlı bir layihəni reallaşdırmaq istədi. Lakin bir sıra detallara görə Ərdoğanın müəllifi olduğu bu layihə də fiaskoya uğradı. Nəticədə Türkiyə yenidən PKK terroru ilə üz-üzədir. Ancaq uzun illərdən bəri yaşanan PKK terroruna sinə gərən Türkiyə bu dəfə fərqli mənzərə ilə üzləşib. Türkiyəyə başqa bir terror təşkilatı sayılan İŞİD də həmlə edir. Ancaq bu məsələdə olduqca maraqlı bir nüans var. Qardaş ölkənin sərhədləri yaxınlığında – Suriya və İraqda baş verən qarşıdurmalarda hazırda Türkiyəni hədəfə alan İŞİD və PKK bir-birilə vuruşur. Bu halda maraqlıdır, iki düşmənin Türkiyəyə qarşı eyni anda cəbhə açması nə ilə bağlıdır?
Politoloq Qabil Hüseynli açıqlamasında bildirdi ki, maraqlı görünən bu vəziyyəti doğuran obyektiv səbəblər var:

“Bilirsiniz ki, İŞİD Türkiyəyə qarşı heç bir əməliyyat həyata keçirmirdi. Hətta belə mülahizələr irəli sürülürdü ki, Türkiyə dolayısı ilə İŞİD-ə dəstək verir. Bütün bu iddialar alt-üst oldu. Bu qənaətdə olanlar fikirləşirdi ki, Türkiyə İŞİD-in əli ilə PKK-nı məhv etmək istəyir. İndi isə görürük ki, İŞİD-in özü Türkiyədə terror aksiyaları həyata keçirir. Demək, İŞİD-Türkiyə yaxınlığından danışanlar tam yanılıb. Türkiyədə PKK problemi hər zaman mövcud olub. Vəziyyətə dahə əhatəli və məntiqli cavab vermək üçün Avropa ölkələrində nəşr edilən nüfuzlu qəzetləri oxumaq lazımdır.
Almaniya qəzetləri açıq-açığına kürdlərə dəstək verir. Bəllidir ki, bu, NATO müttəfiqi ölkələrə yaraşan hərəkət deyil.
İŞİD rəhbərliyinin Qərbin xüsusi xidmət orqanları ilə bağlılığına dair çoxsaylı dəlillər mövcuddur. Demək ki, Türkiyəyə qarşı həmlələr vahid mərkəzdən idarə olunur. Sadəcə, sifarişi icra edənlər başqadır”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın