Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Türkiyənin yeni səfiri Azərbaycanla münasibətlərdən danışdı

Türkiyənin yeni səfiri Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfiri Erkan Özoral, diplomatik nümayəndəliyin əməkdaşları, türkiyəli iş adamları və diaspora üzvləri Şəhidlər xiyabanında yerləşən Türk şəhidliyini ziyarət ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib, daha sonra səfir Erkan Özoral abidə önündə əklil qoyub.

Səfir deyib ki, Azərbaycanın müxtəlif bölgələrində olan türk şəhidlərinin abidələri iki ölkə arasında əbədi qardaşlığın göstəricisidir: “Türk əsgərlərinin Azərbaycanda yazdıqları qəhrəmanlıq dastanları bu gün əlaqələrimizin “bir millət iki dövlət” anlayışı üzərində qurulduğunun ən bariz göstəricisidir”.

Türkiyə Cümhuriyyətinin qurulması uğrunda 93 il bundan əvvəlki döyüşləri xatırladan səfir deyib ki, iyulun 15-də düşmənlər Türkiyənin demokratiyasına, hürriyyətinə qarşı sui-qəsd etməyə və türk millətinə ləkə yağmağa cəhd göstəriblər, lakin bu cəhd uğursuzluğa düçar olub.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın