Çərşənbə axşamı , Noyabr 19 2019
Ana səhifə / Sosial / Türkiyənin yeni Konstitusiyası Ərdoğana təqdim olundu

Türkiyənin yeni Konstitusiyası Ərdoğana təqdim olundu

Türkiyənin yeni Konstitusiya layihəsi imzalanması üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Trend-in verdiyi məlumata görə, 488 deputatın iştirakı ilə Türkiyə Böyük Millət Məclisində keçirilən səsvermədə, 18 maddədən ibarət qanun layihəsinin qəbuluna 339 deputat lehinə, 142 isə əleyhinə səs verib.

Qanun parlamentin vitse-spikeri Əhmət Aydın tərəfindən imzalanıb.

Türkiyə prezidenti 15 gün ərzində qanunu təsdiq və ya rədd etməlidir. Qanun prezident tərəfindən təsdiq edildiyi halda, qanunun mətni rəsmi mətbuatda dərc olunacaq. Konstitusiyaya dəyişiklikləri ilə bağlı referendum, qanun mətninin rəsmi mətbuatda dərc olunduğundan 60 gün sonra, birinci bazar günü keçiriləcək.

Həmçinin oxuyun

Simsiz qulaqlıq istifadə edənlərə xəbərdarlıq

ABŞ-ın Ayova və Perdyu universitetlərinin kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssisləri bildiriblər ki, hakerlər simsiz aksesuarlar vasitəsilə …

Bir cavab yazın