Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Sosial / Türkiyənin FETÖ ilə mübarizəsi Azərbaycan tərəfindən dəstəklənir – RƏSMİ

Türkiyənin FETÖ ilə mübarizəsi Azərbaycan tərəfindən dəstəklənir – RƏSMİ

Türkiyənin FETÖ ilə mübarizəsi Azərbaycan tərəfindən dəstəklənir.

Bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin əməkdaşı Bəhruz Həsənov “Xəyanətdən qələbəyə” filminin təqdimatı zamanı deyib.

O bildirib ki, tanklar altına insanların atılması hadisəsinə Azərbaycan xalqı 1990-cı il 20 yanvar hadisəsində şahid olub: “15 iyul gecəsi türk xalqı hakimiyyətinə, dövlətinə sahib çıxdı. Azərbaycanda da o hadisənin hər dəqiqəsi həyəcanla izlənilirdi. Azərbaycan prezidenti dərhal hadisə ilə bağlı qətiyyətli mövqeyini bildirdi, hadisəni dövlət çevrilişi adlandırdı. Türkiyə ilə Azərbaycan hər zaman həmrəylik nümayiş etdirir. Türkiyənin FETÖ ilə mübarizəsi Azərbaycan tərəfindən dəstəklənir. Ölkəmizin müvafiq hüquq-mühafizə orqanlarına bununla bağlı göstəriş verilib. Türkiyə kimi Azərbaycan da istənilən terror hadisələri, o cümlədən 15 iyul hadisəsinin sifarişçilərinə qarşı mübarizəni davam etdirəcək”.

Həmçinin oxuyun

Qaraçuxurda uşaq bağçasında yanğın – FOTO/VİDEO

Bakının Suraxanı rayonunda yanğın hadisəsi olub.Yanğın Qaraçuxur qəsəbəsindəki “Tumurcuq” uşaq bağçasının həyətində baş verib.Belə ki, …

Bir cavab yazın