Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Sosial / Türkiyəli kişilərə ərə gedən azərbaycanlı qadınların sayı — RƏSMİ

Türkiyəli kişilərə ərə gedən azərbaycanlı qadınların sayı — RƏSMİ

2016-cı ildə 2170 nəfər Türkiyə vətəndaşı azərbaycanlı qadınlarla ailə həyatı qurub.

Azinforum.az-ın Trend-ə istinadən məlumatına əsəsən, Türkiyə vətəndaşları ilə evlənən azərbaycanlı qadınlar bu göstərici üzrə üçüncü sıradadırlar.
2016-cı ildə Türkiyə vətəndaşları daha çox suriyalı qadınlarla ailə qurublar. Belə ki, ötən il türk kişilər 6495 suriyalı, 2644 alman xanımla evləniblər.

TÜİK-in məlumatında qeyd olunur ki, 2016-cı ildə ölkə ərazisində ümumilikdə əcnəbilərlə 22 583 nikah qeydə alınıb. Ötən il 1338 türkiyəli qadın Almaniya, 377-si Suriya, 291-i isə Avstriya vətəndaşı ilə ailə qurub.

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …