Bazar , Noyabr 29 2020
Ana səhifə / Sosial / Türkiyədən gətirilən məhsullarda təhlükə – XƏBƏRDARLIQ

Türkiyədən gətirilən məhsullarda təhlükə – XƏBƏRDARLIQ

Türkiyənin Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyi (Gıda, Tarım ve Hayvancılık Bakanlığı) Türkiyə ərazisində istehsal olunan qida məhsulları ilə bağlı araşdırma aparıb. Aparılan araşdırmaya əsasən, 173 istehsalçıya məxsus 282 adda məhsulda tərkibində insan həyatı və sağlamlığı üçün təhlükə yarada bilən, etiketlənməsində qeyd olunmayan qida və qida əlavələri aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyi xəbər verir ki, qurum həmin məhsulların siyahısına baxış keçirib və Türkiyədən Azərbaycana ixracı ehtimal olunan 119 adda istehsalçıya məxsus məhsulların siyahısını hazırlayıb.

Siyahıda qeyd olunan qida məhsullarının 17 növü ət və ət məhsullarına, 40 növü süd və süd məhsullarına,15 növü bal məhsullarına, 40 növü bitki yağlarına, 1 növü çay məhsuluna, 1 növü ədviyyat məhsuluna, 4 növü şokolad məhsuluna, 4 növü spirtsiz içkilərə, 1 növü enerji içkilərinə, 13 növü isə qida əlavələrinə aiddir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Müfəttişliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətlərinə müvafiq sorğular göndərib.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş ərazilərə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

“Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət …