Ana səhifə / Sosial / “Türkiyədə baş verən hadisədə bəzi məqamlar var ki, şübhələr, suallar doğurur” – POLİTOLOQ

“Türkiyədə baş verən hadisədə bəzi məqamlar var ki, şübhələr, suallar doğurur” – POLİTOLOQ

Dünən gecə qardaş Türkiyədə baş verən hadisələr, dövlət çevrilişinə cəhd edilməsi cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmadı. Bir çoxları Türkiyədə dövlət çevrilişinə cəhd edənləri qınasa da, bəziləri baş verənləri siyasi oyun kimi dəyərləndirdi. Həm Türkiyədə, həm də ölkəmizdə iddia edənlər tapıldı ki, bu çevriliş cəhdi Türkiyə iqtidarının siyasi şousu idi. Məqsəd də ordunu taafiyə etmək, yəni ordu daxilindəki nüfuzlu şəxsləri sıradan çıxarmaq, konstitusiya dəyişiklikləri etmək, prezident idarəçiliyi sisteminə keçid etmək və digər məqsədlərə nail olmaqdan ibarət idi.

Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov səsləndirilən bu iddialara münasibət bildirib.

T.Abbasov bütün gecəni Türkiyədə baş verən hadisələri izlədiyini bildirib: “Bu gecə ANS-in canlı efirində olmuşam. Demək olar ki, bütün hadisələri anba-an, saatba-saat izləyirdik və bütün təkamülü göz önündən keçirdik. Canlı onlayn rejimdə belə hadisələrə düzgün qiymət vermək əlbəttə ki, çətindir. Müəyyən vaxt keçəndən sonra və ən əsası sonluq, final gəlib çatanda, bəlli olur ki, hansı məqamlar nəyi şərtləndirirdi və ümumiyyətlə baş verən hadisə kimə və nəyə görə lazım idi.
Əslində biz nəzərə alsaq ki, biz Ərdoğanın orduyla, ümumiyyətlə güc strukturları ilə özünün şəxsi mücadiləsi, belə demək olarsa, haqq-hesabı artıq birinci il deyil ki, davam edir. Gündəmdə olan ən aktual məsələ ondan ibarət idi ki, özünün mütləq hakim olmaq istəyində bütün rəqiblərini, o cümlədən də balioz və ergenekon təşkilatların əməliyyatlarından sonra bütün ehtimal oluna biləcək risklərin hamısını dəf edir. İndi artıq bu məsələnin bir növ final mərhələsini görürük və yaşayırıq. Görürük ki, Ərdoğan bu imtahandan alnı açıq, üzü ağ çıxdı, demək olar ki, heç bir səhvə yol vermədi”.

Politoloq Türkiyədə baş verənləri siyasi oyun adlandıranlarları, qismən də olsa haqlı hesab edib: “İstisna etmək olmaz ki, ola bilsin burada hərbi siyasi bir oyun var idi. Bununla da müəyyən qrupların təsiri altına düşmüş və aldanmış müqavimət nöqtələri artıq müəyyən edilib tərkisilah edildi. Prinsip etibarilə səsləndirilən fikirlərlə razılaşmaq olar. Amma əslində hesab edirəm ki, Türkiyə daxilində vəziyyətin korlanması tək Ərdoğanın rəqiblərinə yox, eləcə də xarici qüvvələrin bəzilərinə lazım idi. Ola bilsin ki, bu prosesə dəstək veriblər. Ümumiyyətlə, biz son 20-25 il ərzində bir çox quruluş, şou tipli, çox səsli-küylü, qalmaqallı hadisələrin şahidi olmuşuq. Burada söhbət təkcə Türkiyədən getmir, o cümlədən bir çox dövlətlərdə, Avropada, elə yaxın Şərqdə də yaşanan bir çox hadisələrin kökündə, platformasında, əlbəttə ki, hesablamalar durur. Onların arxasında xüsusi xidmət orqanlarının əli görünür, izi sezilir. Nitra şəhərində baş vermiş hadisəni xatırlayanda, həmin hadisənin əvvəlcədən hazırlanmış olması, hansı məqsədlər üçün həyata keçirilməsi özünü açıq şəkildə biruzə verir. Təsadüfi deyil ki, bir çox ölkələrdə, ümumiyyətlə, Qərb təchizatlarında qabaqlayıcı tədbirlər kimi belə şoular, belə quruluşlar oynanılır. Əvvəlcədən qarşılarına məqsədi qoyurlar, sonra ikinci, üçüncü, beşinci, bəlkə də onuncu əllərin vasitəsilə sadəlöv, aldanmış insanları proseslərə cəlb edirlər ki, izi-tozu, səsi çıxmasın. Aldanmış adamlar, dairələr sonradan nədəsə suçlandırılsın, onların günahı üzə çıxsın.
Hesab edirəm ki, haqqında danışdığımız hadisənin özündə də bəzi məqamlar var ki, şübhə doğurur, suallar yaradır. İnanıram ki, çox keçməyəcək və yaxın gələcəkdə biz onlarla bağlı tam aydın mənzərəni göz önünə gətirə biləcəyik”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın