Ana səhifə / Sosial / Türkiyə səfiri: “Regional layihələrin həyata keçirilməsinə zaman-zaman müxtəlif maneələr yaradılıb”

Türkiyə səfiri: “Regional layihələrin həyata keçirilməsinə zaman-zaman müxtəlif maneələr yaradılıb”

“Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisində bir az ləngimə olsa da, işlər bu ilin sonunadək tamamlanacaq”.
“Report”un məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun Azərbaycan KİV-nin təmsilçiləri ilə görüşdə bildirib.
Səfirin sözlərinə görə, TANAP layihəsi 2018-ci ildə başa çatdırılacaq. O qeyd edib ki, TANAP, Bakı-Tbilisi-Qars kimi regional layihələrin həyata keçirilməsinə zaman-zaman müxtəlif maneələr yaradılıb.
Səfir vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycan qədər istəyir. O, Ermənistan işğalının aradan qaldırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də ölkəsinin Azərbaycana hər cür diplomatik dəstək verməyə hazır olduğunu bildirib.
Türk diplomat deyib ki, Azərbaycan və Türkiyənin bölgədə iki sabitlik adasıdır. İsmayıl Alper Coşkun müdafiə sahəsində də Azərbaycana dəstək verəcəklərinin söyləyib.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarını diqqətlə izlədiklərini və onun irəli sürdüyü məsələlərə Türkiyənin fayda verməsi üçün yollar axtardığını vurğulayıb.
İsmayıl Alper Coşkun bildirib ki, Türkiyə -Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Bakı toplantısına hazırlıq işləri davam edir.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın