Bazar , Oktyabr 2 2022
Ana səhifə / Sosial / Türkiyə limanında yük gəmisi batdı

Türkiyə limanında yük gəmisi batdı

Türkiyə sahillərində yük gəmisi batıb.

Hadisə Hatay vilayətinin İskəndərun limanında baş verib.

Məlumata görə, dünən gecə saatlarında limana daxil olan “Sea Eagle” adlı gəmi yükünü boşaldarkən batmağa başlayıb.

Onun heyəti göyərtəyə suyun dolmasını görcək, gəmini tərk edib.

3120 ton tutumlu və Toqo bayrağı altında üzən “Sea Eagle”ın batması səbəbi araşdırılır.

Hazırda gəmidə olan konteynerlərin xilas edilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, əvvəllər bu gəmi Ukrayna limanından taxıl daşıyırdı.//Oxu.az

Həmçinin oxuyun

Zorla ərə verilən məktəbli qız danışdı: Hər gecə ağlayırdım… (VİDEO)

Bakıda 17 yaşlı məktəbli qızın zorla ərə verilməsinin qarşısı alınıb.Söhbət şərti adı Gülnar olan yeniyetmədən …