Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Sosial / Türkiyə geosiyasi çabalar içində – TƏHLİL

Türkiyə geosiyasi çabalar içində – TƏHLİL

Türkiyə “Günəş altında” yerini axtarır

Bir ölkə kimi qardaş Türkiyə elə həqiqətən də geosiyasi çabalar içindədir. Uzun müddət Avropaya inteqrasiyanı özünün əsas prioriteti elan edən ölkə indi bir növ çaşqın durumdadır.

Məsələ bundadır ki, Avropa hər vəchlə Türkiyəni özündən uzaqlaşdırmağa cəhd edir. Hətta uşağa da aydındır ki, artıq Türkyənin Avropaya inteqrasiyası yalnız məzəli söhbətlərin predmeti ola bilər…

Ona görə də Türkiyə ciddi axtarışdadır. Ərəb dünyasında da onunku alınmadı, burada Səudiyyə krallğının və İranın təsiri Türkiyəni xeyli bir dərəcədə geridə qoyur. Təsadüfi deyil ki, Türkiyənin diqqəti getdikcə Rusiya istiqamətinə və keçmiş sovet məkanına doğru yönəlir. Xüsusən də Mərkəzi Asiya diqqətdədir.

Bir ara Türkiyə bu bölgəni sanki tamam-kamal unutmuşdu. Daha doğrusu, əvvəlki hakimiyyətlər həmin ölkələrdən demokratiya tələb etməklə və onların müxalifətlərinə dəstək verməklə asiyalı qardaşlarını incik salmışdı. İndi bu “səhv”i düzəltməyə cəhd edilir. Məsələn, Türkiyənin prezidenti artıq Özbəkistana da səfər edibdir. Özbəkistan prezidenti Ş.Mirziyoyevin də Türkiyəyə səfəri heç də uzaq bir gələcəyin hadisəsi olmayacaq. Artıq bu səfərin vaxtını dəqiqləşdirmək üçün uyğun danışıqlar aparılır…

Soruşa bilərlər ki, axı Mərkəzi Asiya Tükiyəyə nə verəcəkdir? Yada salaq ki, Rusiya bu regionu, ümumiyyətlə, keçmiş sovet məkanını əlində saxlamaq üçün dəridən-qabıqdan çıxır. Deməli, burada hansısa məqam və hansısa ciddi səbəb vardır…

Həm də Türkiyənin müəyyən bölgələrdə möhkəmlənməsinə ehtiyac duyulur. Onun digər ilişgilərinin demək olar ki, böyük əksəriyyəti nisbi etibarlılıq halındadır. Məsələn, hələ də Türkiyənin ərazilərinə iddia edən (bunu V.Jirinovski kimilərin dililə səsləndirsə də!) Rusiyanın səmimiyyətinə və Türkiyə ilə dostluğuna inamaq olramı? Elə məsələ də bundadır ki, olmur…

Odur ki, diplomatik fəallığa ehtiyac vardır və bu, duyulur. Amma hələki Türkiyə daha çox iki ölkə ilə – ABŞ və Rusiya ilə münasibətlərinə aydınlıq gətirməyə çalışır.

Təsadüfi deyildir ki, mayda Türkiyə prezidentinin iki səfəri baş tutmalıdır. Ayın əvvəlində Rusiyaya səfər edəcək R.T.Ərdoğan bir neçə gündən sonra dünyanın daha bir aparıcı ölkəsinə, ABŞ-a baş çəkəcəkdir.

BİR DAHA RUSİYAYA TƏRƏF…

Prinsipcə, onun ABŞ-a səfəri gözlənilən idi. D.Tramp hakimiyyətə gələndən sonra Türkiyə rəhbəri ölkəsinin əsas müttəfiqlərindənbiri olan ABŞ-ın yeni prezidenti ilə görüşməlidi. Xüsusən də nəzərə alanda ki, danışmalı və müzakirə edilməli çox məsələlər var, onda bu səfər elə də qəfil təsir bağışlamır.

Amma Rusiyaya səfərbir qədər “plandankənar” görünür. Ona görə ki, R.T.Ərdoğanın bu ölkəyə son səfərindəno qədər çox vaxt keçməyibdir.
Üstəlik, lap bu yaxınlara, ABŞ Suriyanı bombalayana qədər tərəflər arasında hər hansı bir anlaşılmazlıq olmamışdı. Hətta Rusiya ilə Türkiyə Astanadatoplantı yaparaq Suriyada atəşkəsin qarantı rolunda bulunmağa qərar vermişdilər. Hələ o vaxt yazmışdıq ki, bu formatın elə bir nəticəsi olmayacaqdır, çünki həmin formatda Suriyada, ümumiyyətlə, Yaxın Şərqdə ən əsas “oyun”çulardan olan ABŞ təmsil olunmamışdı vətəsadüfi deyildir ki, tezbir zamanda da şübhələrimiz doğruldu…

Amma Ərdoğanın Rusiyaya marağıtək Suriya ilə bağlı deyil. Hətta burada böyük iqtisadi və ticari əlaqələr də həlledici deyildir. Türkiyənin prezidentitəəccüblü səslənsə də,həm də özü üçün daha böyük və daha geniş müstəqillik arayır. NATOüzvü olan ölkənin prezidenti olmaq onu istər-istəməz çərçivələrə salır. Ona görə də heç təəccüblü deyil ki, R.T.Ərdoğan getdikcə həmin çərçivələrədə özünü bir azcanarahat hiss edir.
Həm də Yaxın Şərqdə artıq Rusiya da vardır. Üstəlik, sonuncu kürd yaraqlıları məsələsində də mühüm “oyunçu”lardan biri hesab olunur. Elə bu aspektdən yanaşanda da Rusiya ilə də danışmalı və çözülməli çox problemlər var…

TRAMPLA DANIŞIQLAR ALINMASA…

O ki qaldı ABŞ-a, D.Tramp demək olar, ölkəsinin əsas müttəfiqlərinin təmsilçilərilə görüşüb. Növbə Türkiyəyə də çatır. Diqqətəlayiq haldır ki, artıqD.Tramp hakimiyyətinin ilk yüz günü arxada qalıb.

Bəlkə də bunun özü də ayrıca bir yazının mövzusu ola bilərdi. Qısaca, onu deyək ki, ilk yüz gün elə də məhsuldar görünmür. D.Tramp hələ də Rusiya ilə bağlı siyasətinə tam aydınlıq gətirə bilməyib, hələ İranla bağlı siyasi kurs tamam aydınlaşmayıb, ABŞ-da lobbiçilik və yaxud da miqrant məsələlərində çözülməmiş məqamlar qalır. Halbuki bunlara da ilk yüz gündə aydınlıq gəlməlidi…

Sırf Türkiyəyə gəldikdə isə, gündəmdə iki əsas məsələ var. Bunlardan Ərdoğan üçün ən birincisi təbii ki, F.Gülən məsələsidir. ABŞ hələ də onu Türkiyəyə təslim etməyib. Hiss olunur ki, okeanın digər tərəfində hətta o məsələ haqda düşünən də yoxdur. Amma Ərdoğan israrlı görünür. Di gəl, düşünmürük ki, Trampla onun arasında bu məsələ ilə bağlı tamam anlaşma yaranmış olsun. Hər halda, tələsmək də lazım deyil. Ən azı ona görə ki, R.T.Ərdoğan da qarşısına qoyduğu məqsədlərəçata bilir…

Elə Yaxın Şərq məsələsində də müəyyən nüanslar var. Yox, B.Əsədlə, Suriyanın gələcəyilə bağlı ciddi fikir ayrılığı yoxdur. Burada yenədə önə gələn kürd yaraqlıları məsələsidir. F.Gülən məsələsi ABŞ-ın R.T.Ərdoğan hakimiyyətinə münasibətinin göstəricisidirsə, kürdməsələsibilavasitə ölkə kimi Türkiyəyə münasibətin aynasıdır.

Seçkilər vaxtı “Biz kürdləri silahlandırmaqda davam edəcəyik” deyən H.Klintondan fərqli olaraq D.Tramp bu xüsusda çox da danışmırdı. Ona görə də elə bu istiqamətdə də onun gələcək siyasəti məchulluqlarla və tapmacalarla doludur. İndi bütün bu tapmacaların açılma məqamı çatır.

YADDAN ÇIXMAZ QARABAĞ…

Azərbaycandada Türkiyə prezidentinin hər iki səfərinəböyükmaraq var. İstər ABŞ – la Türkiyə, istərsə də Rusiya ilə Türkiyə arasında isti və ya da sıcaq münasibətlərin yaranması Azərabaycanın maraqlarına cavab verir. Təbii, ən böyük gözləntilər bilavasitə Qarabağ problemilə bağlıdır. Burada hələ çox böyük ümidlər var, çünki üç dövlətin problemə baxışı yaxınlaşarsa, o halda Qarabağ problemində də ciddi dəyişiklik ola bilər…

Bundan başqa, Türkiyə ilə Rusiya arasında isti münasibətlər həm Azərbaycan iqtidarı üçün, həm də ölkə üçün müəyyən siyasi dividendlər verər. Üstəlik, bir daha deyirik ki, R.T.ƏrdoğanınD.Trampla da dialoqunda Qarabağ probleminin hallanması prinsipcə,istisna olunmur.
Amma bunun ehtimalını elə də yüksək qiymətləndirmirik, çünki ABŞ-la çözülməli olan iki böyük problem –F.Gülən və bir də ki, kürd yaraqlıları məsələsi Qarabağ probleminin də danışıqlar predmeti olmasının ehtimalını azaldır, çünki ilk iki məsələ R.T.Ərdoğan üçün daha vacibdir.

KİM BİLİR? BƏLKƏ DƏ…

Amma nə bilmək olar? Bir daha deyirik ki, prinsipcə, hər şey ola bilər. Ona görəümidlərimizi itirməyək, ən azı ona görə ki, artıq mayın birinci yarısında bütün məsələlər tamamilə aydınlaşacaq, danışıqlarda nələrin diqqətə gəldiyi və müzakirələrinnecə bitdiyi bütün təfərrüatları ilə bəlli olacaqdır…

Həm də bu iki səfər qardaş Türkiyənin hansı ölkəyə daha çox meyl edəcəyini aydınlaşdırmalıdır. Trampla Ərdoğan arasında sonuncunu qane edən qədər anlaşma yaranmasa o halda Kremlin şansları bir az da artacaq.

Amma yazının bir yerində artıq səslənmiş bir fikri yenə də diqqətə gətirmək istərdik: hələ də Türkiyənin torpaqlarına iddia edən Rusiyanın bir tərəfdaş kimi səmimiyyətinə inanmaq olarmı?..

Hüseynbala Səlimov

Həmçinin oxuyun

Bakıda bu yol 10 ildən sonra açıldı – Video

Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, “Papanin” kimi tanınan ərazidə 10 ilə yaxındır bağlı olan yol …

Bir cavab yazın