Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Türkiyə erməniləri ifşa etmək üçün, namizəd kartından necə istifadə edir? Samir Adıgözəlli: «Türkiyə bununla nə qədər demokratik olduğunu sübut edir»

Türkiyə erməniləri ifşa etmək üçün, namizəd kartından necə istifadə edir? Samir Adıgözəlli: «Türkiyə bununla nə qədər demokratik olduğunu sübut edir»

İyunun 7-də Türkiyədə parlament seçkiləri keçiriləcək. 31 siyasi partiyanın iştirak edəcəyi seçkilərdə artıq namizədlər müəyyənləşib. 50 ildən sonra ilk dəfə olaraq namizədlər sırasında 4 erməninin də adı var.
Azərbaycan əsilli namizədlər bu seçkilərdə ermənilərə nisbətən çoxluq təşkil edir. MHP ilə yanaşı, AKP və kürdlərin partiyası sayılan HDP-nin də azərbaycanlı namizədləri var. Azəri əsilli namizədlərdə ölkəmizdə daha çox tanınan MHP-nin İstanbuldan deputatlığa namizədi Atilla Kaya və İqdırdan namizədi İsa Yaşar Tezelin adını çəkə bilərik. Hazırda Ermənistan mətbuatı və cəmiyyətində erməni namizədlərə ciddi dəstəyin olduğu hiss edilir. Erməni namizədlərin qeydiyyata alınması ilə Türkiyə ermənilərə hansı mesajı vermək istəyir?
Dünya Azərbaycanlıları Konqresinin icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, bununla Türkiyə hakimiyyəti böyük siyasi jest edib:

«Ermənilərə, təbiidir ki, bizim münasibətimiz birmənalı deyil. Ancaq bu bizim ifrat millətçi olmağımızdan qaynaqlanmır. Bu nifrəti ermənilər öz əməllərilə qazanıblar. Biz onlarla daim mərhəmətli davranmışıq. Onlar isə bundan sui-istifadə ediblər. Bu məsələdə söhbət Türkiyə vətəndaşı olan ermənilərdən gedir. Türkiyə bununla nə qədər demokratik olduğunu sübut edir. Öz vətəndaşlarına milli mənsubiyyətinə görə fərq qoymur. Avtomatik olaraq bir sual yaranır : « Bəs, türkləri «soyqırımda» ittiham edən ermənilərin özündə vəziyyət necədir?» Ermənistanda bir nəfər də olsun türk yaşamır. Dünyada yeganə monoetnik dövlətə çevrilən Ermənistan Türiyədəki ermənilərə olunan qayğı və hörmətə görə utanmalıdır. Bu vəziyyət, eyni zamanda, dünyadakı erməni havadarlarına da bir göstəridir. Fikir verirsinizsə, Ermənistan mətbuatı bu məsələni diqqətdə saxlayır. Məsələyə olduğu aspektdən yanaşmır, Türkiyədəki demokratik mühiti qeyd etmir. Bu göstəricini ermənilərin böyük qoçaqlığı kimi qələmə verir. Burda da erməni xislətlərini gizlətmirlər».

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın