Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Türkanda daha bir torpaq QALMAQALI

Türkanda daha bir torpaq QALMAQALI

Türkan qəsəbəsində torpaq qalmaqalı davam edir. Bu dəfə qəsəbə sakini Rza Zeynalov nənəsinə məxsus torpaq sahəsinin saxta sənədlərlə satıldığını bildirir. O, bu varədə Baş prokuror Kamran Əliyevə və Qaynarinfo-ya ünvanladığı müraciətində yazır.
Şikayətçinin sözlərinə görə, Türkan qəsəbəsində yerləşən 574 saylı bağ sahəsini adına rəsmiləşdirmək istəyərkən məlum olub ki, həmin yer başqa şəxsə satılıb: 
“574 saylı bağ sahəsi 1980-cı ildə vəfat etmiş mərhum nənəm Quliyeva Cəvahir Saleh qızına məxsus olub. Həmin torpaq sahəsinin adıma rəsmiləşdirmək məqsədi ilə 16 aprel 2018-ci il tarixdə 7 saylı Bakı şəhəri 7 saylı xüsusi Notariat Kontoruna vərəsəliyin açılmasına dair müraciət etmişəm və məktuba əsasən bağ sahəsinə dair çıxarışın verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestrinə müracət edilib. 
Lakin məlum olub ki, bizim ailə ilə heç bir qohumluq əlaqəsi olmayan Türkan qəsəbə sakini M.Maqomayev küçəsi, 60 saylı evdə yaşayan Dosti-zadə Ceyhun Oqtay oğlu faktiki mənə nənəm Quliyeva Cəvahir Saleh qızından miras qalmış 574 saylı bağ torpaq sahəsini saxta sənədlər təqdim etməklə öz adına rəsmiləşdirib”.
Şikayətçinin sözlərinə görə, bu azmış kimi Ceyhun Dosti-zadə Türkan qəsəbə sakini Nəsirov Daşqın Şirbala oğluna həmin torpaq sahəsinə dair etibarnamə verib, sonuncu isə bağı Abbasov Təhmin İsmayıl oğluna satıb:
“Həmin sənədlərlə tanış olduqda məlum oldu ki, Dosti-zadə Ceyhun Oqtay oğlu, Nəsirov Daşqın Şirbala oğlu və hələlik məlum olmayan digər şəxslər ilə əlbir olaraq Bakı şəhəri 33 saylı Dövlət Notariat Ofisinə saxta ölüm haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə, Türkan qəsəbə İcra Nümayəndəliyinin saxta arayışlarını təqdim edərək güya Quliyeva Cəvahir Saleh qızının nəvəsi olması və guya Cavahir Saleh qızının 11 oktyabr 2014-cü il tarxidə vəfat etdiyini bildiriblər.
Nəticədə mənə məxsus və istifadəmdə olan torpaq sahəsi və sənədi saxta sənədlər əsasında bu qrupun hərəkətləri nəticəsində satılıb. Göstərilənlərə əsasən Sizdən xahiş edirəm ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 574 saylı bağ sahəsini saxta sənədlər ilə ələ keçirən Dosti-Zadə Ceyhun Oqtay oğlunu, Nəsirov Daşqın Şirbala oğlunu və dəstənin digər üzvülərinin müəyyən etməklə barələrində cinayət işinin başlanılmasına dair göstəriş verəsiniz”.
Məlumat üçün deyək ki, Türkan qəsəbəsində bundan əvvəl də oxşar hadisə baş verib. Bu barədə mediada çoxsaylı materiallar dərc edilib. 

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …