Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Sosial / Türk general Azərbaycandan niyə geri çağrıldı?

Türk general Azərbaycandan niyə geri çağrıldı?

Bu dəqiqələrdə general İ.Başbozkurt virtualaz.org-un redaksiyasına zəng edərək, təcili şəkildə Türkiyə KİV-də yayılmış məlumatla bağlı onun bəyanatını dərc edilməsini xahiş edib.

Azinforum.az həmin açıqlamanı təqdim edir:

“Mən bu məlumatı qəti şəkildə təkzib edirəm. Məni təqaüdə çıxdığıma görə geri çağırıblar və bu məsələ dövlət çevrilişinə cəhddən xeyli əvvəl həll edilmişdi. Mən həyatımın 1 ilini Azərbaycan ordusunun qurulmasına və möhkəmlənməsinə sərf etmişəm. Mənim babam hələ ötən əsrin əvvəllərində Qarabağda erməni zülmünə qarşı vuruşub.

Mənim adımı Fətullah Gülənin icması ilə bağlamaq kimin ağlına gəlib? Bu ki Türkiyənin, bütün türk dünyasının, Azərbaycanın düşmənidir! Mən qəti şəkildə bu fikirləri və şayiələri təkzib edirəm.

Mənim Azərbaycanda olduğum müddət bitib. Təqaüdə çıxmışam. Heç bir siyasi motiv yoxdur”, – virtualaz.org-a verdiyi bəyanatda general İ.Başbozkurt belə deyib.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …

Bir cavab yazın