Ana səhifə / Sosial / Turistlərin sayında fantastik artım

Turistlərin sayında fantastik artım

2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana dünyanın 182 ölkəsindən 847,6 min və ya ötən illin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, gələnlərin 28,3 faizi Rusiya Federasiyası, 21,9 faizi Gürcüstan, 13,4 faizi İran, 11,3 faizi Türkiyə, 4,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Ukrayna, 1,9 faizi İraq, 16,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 22,0 faizi yanvar, 19,6 faizi fevral, 32,7 faizi mart, 25,7 faizi isə aprel ayında ölkəyə gəlib.

Cari ilin yanvar-aprel aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında  daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,6 dəfə, Qətər vətəndaşlarının sayı 2,0 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Oman vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 1,6 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,2 dəfə artıb. İrandan gələnlərin sayında 5,4 faiz azalma müşahidə edilib.

Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  12,4 faiz artaraq 32,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,4 faiz artaraq 284,9 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 60,6 faizi dəmir yolu və avtomobil, 38,6 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …