Ana səhifə / Sosial / Turistləri Qubaya aparan avtobus Sumqayıtda yük maşını ilə toqquşdu

Turistləri Qubaya aparan avtobus Sumqayıtda yük maşını ilə toqquşdu

Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, daha 15 nəfər yaralanıb.

“Report” xəbər verir ki, Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında “Shacman” markalı yük maşını ilə toqquşub.

Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Yerdə qalanlardan 10 nəfəri reanimasiya şöbəsində müalicə olunur.

Avtobus sərnişinləri Rusiya əsilli Azərbaycan vətəndaşlarıdırlar.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …