Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Turan” restoranının Həci titullu müdirinə: “ Bu baha qiymətlərlə cibə girmək halal sayılır?”

“Turan” restoranının Həci titullu müdirinə: “ Bu baha qiymətlərlə cibə girmək halal sayılır?”

Bakıda və Sumqayıt şəhərində fəaliyyət göstərən “Turan” adlı restoran şəbəkəsinə etiraz var. Miryusif Həsanzadə adlı sosial şəbəkə istifadəçisi restoranda qiymətlərin fantastik həddə olduğuna dair paylaşım edib. Təqdim olunan qiymət çekindən görünür ki, çox baha satılan məhsullar və yeməklərlə yanaşı, ümumi məbləğdən 10 faiz də xidmət haqqı tutulur. Deyilənə görə, restoranın sahibi Həci dini titulunu daşıyır. Azinforum.az sosial şəbəkə istifadəçisinin paylaşımını təqdim edir:

“Turan” restoranları Sumqayıtda və Bakıda mövcuddur. Hamısının da sahibi eyni adamdır və bu restoranlarda spirtli içki vermirlər. Xidmətçilər deyirlər ki, buranın sahibi “Hacı”dı ona görə də içki burda haram sayılır. Bəs qiymətlər? Bu baha qiymətlərlə cibə girmək halal sayılır?
Rəhmətlik Habil Əliyev demişkən, Vallah mən Azərbaycanda cəmi iki halal Hacı tanıyıram. Hacıqabul və Hacıleylək! Qalan nə qədər hacı gördümsə, hamısını …. məhrum gördüm”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …