Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Turan Bankda dava – Qarabağ qazisini döyüblər? – VİDEO

Turan Bankda dava – Qarabağ qazisini döyüblər? – VİDEO

Turan Bankda insident olub.

Bildirilib ki, insident bankın Cəlilabad filialında qeydə alınıb.

Məlumatda qeyd olunur ki, Turan bankın əməkdaşları ilə bankın xidmətlərindən yararlanmaq istəyən müştəri – Qarabağ qazisi arasında insident yaşanıb.

Məlumata görə, insidentə bank işçilərinin Qarabağ qazisini növbədə xeyli gözlətmələri səbəb olub. Səhərdən axşama qədər növbə gözlədiyini iddia edən qazi bank işçilərinə irad bildirib.

Bundan sonra mübahisə davaya çevrilib.

Həmçinin qeyd olunur ki, bankda xidmət səviyyəsinin xeyli aşağı olması müştərilər tərəfindən daima narazılıqla qarşılanıb.

Müştərilər dəfələrlə bu narazılıqlarını bank rəhbərliyinə çatdırsalar da, nəticəsi olmayıb.

Mənbə: Veteninfo.az

https://youtube.com/watch?v=4T5JzZnG3bE

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …