Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Tural Abbaslı: “DYP sistemində xeyli problemlər var, sürücülər narazıdırlar”

Tural Abbaslı: “DYP sistemində xeyli problemlər var, sürücülər narazıdırlar”

“Vəzifəli şəxslərin təqaüdə göndərilməsi cəmiyyət tərəfindən hər zaman müsbət hal kimi qarşılanır. Amma Vaqif Əsədovu nə dərəcədə böyük məmur hesab etmək olar, bu, artıq başqa məsələdir. Hər halda, böyük bir qurumun sözçü idi və bu da bir növ nümunə sayıldı. Təəssüf ki, bunu digər vəzifəli şəxslər haqqında demək olmur. Baxmayaraq ki, onların uzun müddət müəyyən vəzifələrdə oturması xalqın narazılığına səbəb olur və həmin məmurların heç biri təqaüdə göndərilmir. Əsas məsələ heç təqaüd də deyil, struktur islahatlarıdır”.

Bunu Pravda.az-a açıqlamasında Ağ partiyanın sədri Tural Abbaslı deyib.

 T.Abbaslı qeyd edib ki, təqaüdə göndərilməli olan şəxs işlədiyi sahədə islahatlar aparacaqsa, o, qala bilər, amma islahatlar aparmayacaqsa, onu təqaüdə göndərmək lazımdır: “Bu baxımdan Dövlət Yol Polisi sistemində də xeyli problemlər var, sürücülər narazıdırlar. Ona görə də düşünürəm ki, qanunvericilikdə də dəyişikliklər edilməlidir. Düşünmürəm ki, BDYP-nin indiki rəisi dəyişsə və yerinə başqası gəlsə o, yeni bir sistem yaradacaq. Bu, inandırıcı görünmür. Sistem, yanaşma, qanunvericilik aktı dəyişdirilməlidir. Bəzi sahələrdə uzun illər rəhbərlikdə olan insanların çıxarılmasına baxmayaraq, problemlər yenə də qalır və hətta daha da artır. Burada şəxslər üzərinə köklənməkdən daha çox sistemə, prosesə köklənmək lazımdır”.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …