Şənbə , İyun 25 2022
Ana səhifə / Sosial / Tufan səbəbilə Bakı-Naxçıvan reysi üzrə təyyarə geri qayıdıb

Tufan səbəbilə Bakı-Naxçıvan reysi üzrə təyyarə geri qayıdıb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

“Azərbaycan Hava Yolları” QSC-dən verilən məlumata görə, təyyarə saat 08:37-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Həmçinin oxuyun

Azərbaycan Dövlət Aqrar Universitetində müasir, yoxsa keçmiş Sovet rejiminin təhsil modeli

Hər bir dövlətin gücü və qüdrəti tək onun təbii sərvətləri ilə deyil, məhz möhtərəm Prezidentimiz, …