Bazar , Fevral 25 2024
Ana səhifə / Sosial / “Trendyol”a xərclənən pullar itirilir

“Trendyol”a xərclənən pullar itirilir

“”Trendyol” vasitəsilə Türkiyə iqtisadiyyatına bizdən Bakı-Ceyhan boyda kanal açılıb. Adamlar rəsmən Trendyol aludəçisi olub. İmkan oldu-olmadı sərhəd qoyulan məbləği doldururlar. Qadınlar “Trendyol”la yaşayır. Vəziyyət getdikcə bəla halını alır”.

Bunu sosial şəbəkədə yazışı İlham Əziz yaxıb.

O, “Trendyol”a xərclənən pulların itirildiyini bildirib:

“Deyə bilərsiz ucuzdu. Xub, amma və lakin biz yeyişimizi-geyişimizi bilməyən adamlarıq. Ordakı parıltılar, fotoeffektlər bizi tez aldadır. Lazım oldu-olmadı hər şeyi alırıq. Bu yatırım deyil, itirilən puldu. Elə-belə pul deyil, milyon dollarlardır. Guya iki ay “Trendyol”dan bir şey almasaq geyinməyə bir şey tapmayacağıq? Yalandı, puçdu”.

İ.Əziz ailələrin durmadan kasıblaşdığını, pul itirdiyini bildirib:

“Başqa ölkələr kimi bizə banklar içində 5-10 min manatlıq kredit kartları paylasalar, ev-eşiyimizdən olarıq. Təklifim budur ki, “Trendyol”dan alış-veriş icazəsini ildə 1-2 aya salamaq lazımdır. Sənə hər fəsilə aid bir dəfə alış-veriş lazımdı, hər ay nə alırsan axı? Bu nə bədxərclikdi, bu nə axmaqlıqdı? Ailələr çətin maddi duruma düşəcək, vallah, məndən demək… Nəfsinizə sahib çıxın”…

Həmçinin oxuyun

Uşağın bioloji atası olmayan kişi aliment ödəməlidir? – VİDEO

Kişi yeddi ildən sonra övladının bioloji atası olmadığını öyrənib. Bir müddət əvvəl yayılan bu xəbər …