Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Trampın şirkəti Bakının ardınca Batumidəki layihəsinə də xitam verib

Trampın şirkəti Bakının ardınca Batumidəki layihəsinə də xitam verib

Gürcüstanın Batumi şəhərində reallaşdırılan “Trump Tower” layihəsinin icrası dayandırılıb. 
“APA-Economics” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Trump Organization” və Gürcüstanın investisiya şirkəti olan “Silk Road Group”un birgə bəyanatında deyilir.
47 mərtəbəli göydələnin tikintisi barədə razılaşma 2012-ci ildə imzalanıb.
Bundan öncə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın opponentləri dəfələrlə bəyan ediblər ki, xarici ölkələrdə biznes maraqları ölkə başçısının xarici siyasətinə təsir edəcək. “Bloomberg” isə qeyd edir ki, Gürcüstandakı biznes layihəsinə xitam verməklə D. Tramp bütün iddialara cavab verib.
“Bloomberg” onu da xatırladır ki, ötən ay “Trump Organization” Azərbaycan və Braziliyadakı layihələrinin icrasına xitam verib.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın