Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Trampa ən yaxın general Maykl Flin istefaya getdi – səbəb Rusiya…

Trampa ən yaxın general Maykl Flin istefaya getdi – səbəb Rusiya…

Donald Trampın təhlükəsizlik və kəşfiyyat üzrə baş məsləhətçisi general-leytenant Maykl Flin istefa verib. 

Musavat.com bu barədə dünya mediasına istinadən xəbər verir.

Məlumata görə, Flinın istefa verməsinə səbəb Rusiyanın Vaşinqtonda olan səfiri Sergey Kislyak ilə etdiyi telefon danışığından sonra ortaya çıxan iddialar olub.

Bildirilir ki, Flinın Kislyakla söhbəti barədə xəbərlər mediada yer alandan sonra o, bu xəbəri təkzib edib, səfirlə hüzr məsələsi ilə bağlı söhbətləşdiyini deyib. Ancaq sonradan onun Rusiya səfiri ilə ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalarla bağlı danışdığı bəlli olb.

Maykl Flin istefası barədə aşağıdakıları deyib: “Fərqinə varmadan vitse-prezidenti və digərlərini telefon danışığımla bağlı əskik məlumatlandırmışam. Prezident və vitse-prezidentdən üzr dilədim və onlar mənm üzrxahlığımı qəbul etdilər.İstefa verirəm. Bu qədər şərəfli bir postda ölkəməvə Amerika xalqına xidmət etməkdən şərəf duydum. Prezident Tramp və vitse-prezident Maykl Pens və onların topladığı möhtəşəm komanda ABŞ tarixində ən böyük hakimiyyət komandası kimiqalacaq”.

Qeyd edək k, Flinin yerinə təqaüddə olan ordu generalı Keys Kelloq təyin edilib. O Trampın seçki kampaniyasındafəal iştirak etmiş şəxsdir.

 

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın