Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Tramp Azərbaycana dəstək verəcək – Şərh

Tramp Azərbaycana dəstək verəcək – Şərh

Vaşinqtonun Bakını Cənub Qaz Dəhlizi layihəsinə əvəlkitək dəstək verəcəcəyinə inandırmağa çalışması faktoru Azərbaycanla Amerikanın yeni administrasiyası arasında əlaqələrin inkişafına xidmət edəcək.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın Bakıya səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Hokstayn qədər Azərbaycana intensiv şəkildə səfər edən ikinci amerikalı diplomat yoxdur:

“Amerikanın hazırda Azərbaycanla əlaqəsinin əsas prioriteti məhz enerji mövzusudur ki, bu da Amos Hokstaynın kurasiyasına aiddir. Hokstaynın budəfəki səfərinin bir neçə məqsədi var idi.

Birincisi, o, rəsmi Bakını inandırmağa çalışdı ki, Amerikada prezident və administrasiyanın tərkibi dəyişsə də, Vaşinqton əvəlkitək Azərbaycanın iştirakçısı olduğu Cənub Qaz Dəhlizi layihəsinə dəstək verəcək. Bu faktor Bakı ilə Amerikanın yeni administrasiyası arasında əlaqələrin inkişafına xidmət edəcək. TAP və TANAP layihələri Trampın da maraqlarına xidmət edir. Çünki Amerikada prezident kim olursa-olsun, Rusiya qazının Avropa bazarında dominant rol oynamasını istəməz. Tramp bisnezmendir və prezident kimi də azad rəqabətin tərəfdarıdır.

İkincisi, rəsmi Bakının TAP boru xəttinin inşaatının gələcəkdə ləngiməsi ilə bağlı müəyyən narahatlığı var. İtaliyada bəzi qüvvələr boru xətti çəkilişinin ekologiyaya zərər vuracağını iddia edirlər. Bu, boru xətti tikintisini ləngidə bilər. Aydındır ki, bu məsələni rəsmi Bakı təkbaşına həll etmək iqtidarında deyil, Amerikanın dəstəyinə ehtiyac var”.

Politoloq bildirib ki, Amerika Avropa Birliyinin siyasi və iqtisadi tərəfdaşıdır və əlində Avropa ölkələrinə təsir etmək üçün kifayət qədər imkanı var, ona görə də rəsmi Bakı Cənub Qaz Dəhlizinin sürətlə tamamlanması üçün Vaşinqtonun həmin alətləri işə salmasını istəyir.

Həmçinin oxuyun

1500-ə yaxın ailənin məskunlaşdığı ərazidə heç bir küçənin adı yoxdur – VİDEO

Bakıda təəssüf ki, hələ də evlərinin ünvanı, adı bəlli olmayan küçələr mövcuddur. Söhbət Bakının Suraxanı …

Bir cavab yazın