Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Tramp Əliyevlə danışdı – Azərbaycan xalqına salam göndərdi

Tramp Əliyevlə danışdı – Azərbaycan xalqına salam göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa telefonla zəng edib.

Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

İlham Əliyev Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün çox böyük potensialın mövcud olduğunu qeyd edib.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp göstərilən diqqətə və təbrikə görə Əliyevə minnətdarlığını bildirib. Tramp qeyd edib ki, İlham Əliyev haqqında çox xoş sözlər eşidib və dövlət başçısına fəaliyyətində uğurlar arzulayıb.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp İlham Əliyevdən Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın