Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Tram­pın “907-ci dü­zə­liş”i hə­mi­şə­lik “dü­zəltmək” şan­sı var…

Tram­pın “907-ci dü­zə­liş”i hə­mi­şə­lik “dü­zəltmək” şan­sı var…

“Ha­zır­da “907-ci dü­zə­liş” for­mal ola­raq möv­cud­dur”

El­şən Mus­ta­fa­yev: “İs­tə­ni­lən hal­da, Tramp tə­rə­fin­dən bu ad­dım atı­la bi­lər”

Azər­bay­ca­nın əhə­miy­yə­ti Ru­si­ya və İran­la həm­sər­həd, elə­cə də iri neft və qaz is­teh­sal­çı­sı olan bir öl­kə­nin stra­te­ji və coğ­ra­fi möv­qe­yi­nə əsas­la­nır. Bu söz­lər “Dağ­lar­da ölüm. Xo­ca­lı­da hər­bi ci­na­yət və Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si” ki­ta­bı­nın mü­əl­li­fi Ra­ul Lo­u­ri Kontre­ra­sın İs­ra­i­lin nü­fuz­lu “Je­ru­sa­lem Post” nəş­rin­də­ki mə­qa­lə­sin­də yer alıb.
Mü­əl­lif Azər­bay­ca­nın mü­rək­kəb re­gi­on­da ABŞ-ın apa­rı­cı tə­rəf­da­şı ol­du­ğu­nu qeyd edib. Mə­qa­lə­də ABŞ Konqre­si­nin Azər­bay­ca­na qar­şı tət­biq et­di­yi iq­ti­sa­di yar­dı­mın da­yan­dı­rıl­ma­sı ba­rə­də “907-ci dü­zə­liş”in ləğv olun­ma­sı­nın va­cib­li­yi qeyd olu­nub.
Mü­əl­lif ya­zır ki, bun­dan əv­vəl ABŞ pre­zi­dentlə­ri Corc Buş və Ba­rak Oba­ma Konqre­sin on­la­ra ver­di­yi bu dü­zə­li­şin fə­a­liy­yə­ti­ni don­dur­maq sə­la­hiy­yə­tin­dən is­ti­fa­də edib­lər. R.L.Kontre­ra­sın fik­rin­cə, ye­ni pre­zi­dent Do­nald Tramp da bu sə­la­hiy­yət­dən is­ti­fa­də et­mə­li­dir: “Res­pub­li­ka­çı­lar üçün da­ha doğ­ru qə­rar bu dü­zə­li­şi ta­ma­mi­lə ləğv et­mək olar­dı. Bu yol­la Azər­bay­ca­nın özü­nü­mü­da­fi­ə­si üçün da­ha çox yar­dım tə­min et­mək olar. İn­di Azər­bay­can nağd və­sa­it ödə­mək­lə Ru­si­ya­dan si­lah alır”.
Tram­pın bu dü­zə­li­şi ləğv et­mə­si müm­kün­dür­mü?
Ekspert El­şən Mus­ta­fa­yev qə­ze­ti­mi­zə bil­dir­di ki, “907-ci dü­zə­liş” 1992-ci il­də er­mə­ni lob­bi­si­nin tə­şəb­bü­sü ilə ABŞ Konqre­si tə­rə­fin­dən “Azad­lı­ğa Dəs­tək” Ak­tı­na qə­bul edi­lən və Azər­bay­ca­na ABŞ-ın bir­ba­şa döv­lət yar­dı­mı­nı ya­saq­la­yan sə­nəd­dir: “Dü­zə­liş ilk də­fə 1992-ci il­də Azər­bay­can tə­rə­fin­dən Er­mə­nis­ta­nın blo­ka­da­sı­nı da­yan­dır­maq məq­sə­di­lə er­mə­ni­pə­rəst se­na­tor Con Mak­keyn tə­rə­fin­dən tək­lif edil­sə də, an­caq da­ha son­ra na­mə­lum sə­bəb­lə­rə gö­rə ge­ri qay­ta­rı­lıb.
Bun­dan son­ra, ye­ni­dən, se­na­tor Con Ker­ri­nin və er­mə­ni lob­bi təş­ki­lat­la­rı­nın dəs­tə­yi ilə konqressmen Ueyn Ou­ens tə­rə­fin­dən Konqres­də irə­li sü­rü­lüb.
Se­na­tor Ri­çard Lu­qar dü­zə­li­şin qə­bul edil­mə­si­nin əley­hi­nə çı­xış edib. Bu­na bax­ma­ya­raq, dü­zə­liş er­mə­ni lob­bi təş­ki­lat­la­rı­nın güc­lü təz­yi­qi nə­ti­cə­sin­də Konqres tə­rə­fin­dən qə­bul edi­lib.
2001-ci il 11 sentyabr ha­di­sə­lə­rin­dən son­ra Azər­bay­ca­nın bey­nəl­xalq ter­ro­rizmlə mü­ba­ri­zə­də dəs­tə­yi­ni tə­min et­mək məq­sə­di­lə ABŞ Konqre­si Pre­zi­den­tə dü­zə­li­şin hü­qu­qi qüv­və­si­ni da­yan­dır­maq sə­la­hiy­yə­ti ve­rib.
Tram­pın pre­zi­dentli­yi döv­rün­də Azər­bay­can-ABŞ əla­qə­lə­ri da­ha çox in­ki­şaf edə bi­lər. Bi­lir­si­niz ki, Do­nald Tram­pın yə­hu­di lob­bi­si ilə sıx əla­qə­lə­ri möv­cud­dur. Azər­bay­ca­nın da yə­hu­di lob­bi­si ilə ənə­nə­vi yax­şı mü­na­si­bət­lə­ri var. Ey­ni za­man­da Tramp ad­mi­nistra­si­ya­sı­nın ener­ji kam­pa­ni­ya­la­rı­na ma­ra­ğı bö­yük­dür. Bu amil­lər ABŞ-Azər­bay­can mü­na­si­bət­lə­ri­nin in­ki­şa­fı üçün töh­fə ola bi­lər. Ha­zır­da “907-ci dü­zə­liş” sə­nə­di o qə­dər də ak­tu­al de­yil. Çün­ki bu sə­nə­din Azər­bay­ca­na qar­şı olan mən­fi mə­qam­la­rı ara­dan qal­dı­rı­lıb. Ha­zır­da “907-ci dü­zə­liş” for­mal ola­raq möv­cud­dur. İs­tə­ni­lən hal­da, Tramp tə­rə­fin­dən bu ad­dım atı­la bi­lər. Son pro­ses­lər də gös­tə­rir ki, Tramp ABŞ-da­kı er­mə­ni lob­bi­si­nin ma­raq­la­rı­nı o qə­dər də nə­zə­rə al­mır”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın