Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Sosial / “Toylar bizi məhv edəcək səviyyəyə çatıb…”

“Toylar bizi məhv edəcək səviyyəyə çatıb…”

Qonaqlar 250 nəfərdən çox olmamalı, maksimum iki musiqi qrupu, ən çoxu üç lüks avtomobil – bu, Özbəkistan parlamentinin ifrat xərcləmə və sosial nifaqın qarşısını almaq məqsədilə qəbul etdiyi yeni toy mərasimləri qaydalarıdır.

Paytaxtda və ya digər böyük şəhərlərdə yaşayan orta özbək vətəndaş ayda $200-300 dollar arasında maaş alır. Lakin gəlin və kürəkənin ailələri çox vaxt toy mərasiminə $20,000 xərcləyir.

Bu məbləğdə pulların əldə edilməsi isə sonrakı illərdə böyük əziyyətlərə qatlaşaraq qaytarılması lazım gələcək borclara səbəb olur.

“Toylarımız heç bir müharibə olmadan ölkəni məhv edə biləcək səviyyəyə çatıb,” yerli senator İqbal Mirzo ötən cümə günü bildirib və yeni qaydaların gələn ildən qüvvəyə minəcəyini deyib.

Bir çox özbək əsasən Rusiya olmaqla ailələrini dolandırmaq üçün xaricdə işləyir. Onların qazandıqları pullar əsasən evin təmirinə və toy mərasimlərinə xərclənir. 

2020-ci ilin yanvarından tətbiq olunacaq qaydalara görə, yas mərasimləri istisna olmaqla bütün ailə tədbirləri bir gün ərzində saat 6:00 – 23:00 arasında keçirilməlidir. Axşam saat 11-dən sonra tərbirlərin keçirilməsinə icazə verilmir. Yalnız yerli şərtlərdən asılı olaraq şəhər və kənd sovetləri bəzi istisnalarla bağlı qərar qəbul edə bilərlər.

Qaydalara görə, toya və yubileylərə dəvət edilən qonaqların sayı da 200 nəfəri keçməməlidir.Birgə keçirilən oğlan və qız toylarında isə dəvətli sayı 250-dən 300 nəfərə qədər ola bilər.50 nəfərdən çox adamın iştirak edəcəyi tədbirlərə gəldikdə yeni qaydalar tələb edir ki, tədbiri keçirən şəxs əvvəlcədən kafe və restoranlarla müqavilə bağlamalıdır. Həmçinin 2 gündən gec olmayaraq planlaşdırılan tədbir barəsində daxili işlər orqanlarına yazılı şəkildə məlumat verməlidir.

Qaydakara əsasən müsaiqiçilərlə toy sahibləri arasında müqavilə imzalanmalıdır. Bundan başqa ailə tədbirlərində nəqliyyat xidmətləri (cənazələr istisna olmaqla) yalnız lisenziyalı daşıyıcılar tərəfindən təmin edilməlidir.Yeni qaydalarda yas mərasimlərinə qatılan insan sayı ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb. Sənəddə açıq şəkildə bildirilir ki, həddən artıq və israfçılığın təzahürü “qadağandır” və anım tədbirlərinə “lazımsız” mərasimlər daxil edilməməlidir.

Bu qaydaya əməl etməyənləri 3 min dollara qədər cərimə gözləyir. Toy və yas mərasimləri ilə bağlı oxşar qadağalar qonşu Tacikstan və Qırğızıstanın bəzi bölgələrində də tətbiq edilir.

Qeyd edək ki, Azərbaycanda da toylarda, məclislərdə ifratçılıq, dəbdəbə illərdir müzakirə mövzusudur. Virtualaz.org

Həmçinin oxuyun

Bu yollar bağlanacaq – Sürücülərə xəbərdarlıq!

Bakı şəhər Dövlət Yol Polis İdarəsi avtomobil sahiblərinə və sürücülərə müraciət edib.  “Qafqazinfo” xəbər verir …