Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Tovuzda ana doğuş zamanı ölüb (VİDEO)

Tovuzda ana doğuş zamanı ölüb (VİDEO)

Tovuz rayonunda ana doğuş zamanı ölüb.

Rayonun İbrahimhacılı kənd sakini, 1998-ci il təvəllüdlü Aytac Fəzail qızı Tağıyeva Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və qeysəriyyə əməliyyatı ilə dünayaya qız uşağı gətirib. Lakin bir müddət sonra ananın vəziyyəti pisləşib və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 
Körpənin vəziyyətinin isə yaxşı olduğu bildirilir. 
Qeyd edək ki, hadisədən sonra ölən şəxsin yaxınları ilə xəstəxana işçiləri arasında mübahisə yaşanıb. 
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.


Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …