Şənbə , May 21 2022
Ana səhifə / Sosial / “Torqovı” sakinləri: yanğına restoran səbəb olub -VİDEO

“Torqovı” sakinləri: yanğına restoran səbəb olub -VİDEO

Bakının Səbail rayonunda beşmərtəbəli binada yanğın baş verib.

Hadisə Mərdənov qardaşları küçəsi 3 ünvanında yerləşən beşmərtəbəli binanın yaxınlığında yanğın başlayıb. Sakinlər bildirir ki, binaya bitişik olan restoran təhlükəsizlik qaydalarını pozub. Mətbəxin tüstü bacasından bina ilə restoranın arasında olan taxta tullantılarının üzərinə alov düşüb. Nəticədədə yanğın baş verib. Əraziyə FHN-nin 3 yanğınsöndürən maşını və canlı briqadası cəlb esilib. Alovun qarşısı alınıb.

Bundan əlavə sakinlər iaşə obyektinin qanunsuz olaraq balkon tikdiyini də qeyd ediblər.

Daha sonra hadisənin baş verdiyi ünvana Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rövşən Süleymanov gəlib. Sakinlərin şikayəti dinlənilib. Şöbə müdiri APA-nın ərazidə olan əməkdaşının sualına cavab verməyib. Bildirilib ki, hazırda araşdırma işləri aparılır.

Həmçinin oxuyun

“Poz Qazan” fırtınası… – Küçə qumarı dövlət səviyyəsində niyə kimlərinsə monopoliyasına verilir?

“Poz Qazan Masası” hər küçədə peyda olub və bu lotereya oyununun əsas hədəfi kasıb insanlardır. …