Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Torpaqların qaytarılması çox ciddi şəkildə Ermənistanın qarşısında qoyulub” – Azad İsazadə

“Torpaqların qaytarılması çox ciddi şəkildə Ermənistanın qarşısında qoyulub” – Azad İsazadə

Faktiki olaraq bütün yaz aylarında və yayın əvvəllərində cəbhədə vəziyyət çox gərgin idi. Xarici mətbuat orqanları, analitiklər hətta müharibənin başlamasını belə istisna etmirdilər. İndi isə münasibətlər bir qədər sabitləşib. Ancaq buna baxmayaraq cəbhədəki gərginliyin il boyu tam olaraq sakitləşməsini də söyləmək olmaz. Faktiki olaraq atəşkəsin pozulmasını hər gün müşahidə edirik.

Bu sözləri hərbi ekspert Azad İsazadə Qarabağ münaqişəsi zonasında müharibə riskinin səviyyəsi barədə vəziyyəti musavat.com-a şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, ən gərgin vəziyyət aprel və may aylarında olur. Yayın axırında hansısa xarici siyasi proses baş vermir və vəziyyət bir qədər səngiyir: “Biz anlamalıyıq ki, hər bir zaman onlar hansısa taktiki və ya strateji oyun oynayıb vəziyyəti gərginləşdirə bilərlər. Ermənistan son zamanlar Qərblə də yaxınlıq edib, NATO-nun təlimlərinə qatılır. Çox güman ki, Ermənistanın Qərblə yaxınlıq etməsi də bir oyundur. Çünki strateji olaraq Ermənistanın arxasında Rusiyadan başqa böyük qüvvə dayanmır. Sadəcə olaraq onlar çalışırlar ki, ehtiyat aerodromu hazırlasınlar. Digər tərəfdən isə Rusiyaya bir mesaj verirlər ki, biz təkcə sizdən asılı deyilik və istərsək başqa bir istiqamətə də gedərik. Ermənistan bildirməyə çalışır ki, Moskvadan daha çox xal qazansın”.

A.İsazadənin sözlərinə görə, faktiki olaraq 2 il ərzində torpaqların qaytarılması məsələsi çox ciddi şəkildə Ermənistanın qarşısında qoyulub: “Ermənistan tərəfi isə çalışır ki, bu mövzudan hansısa formada yayınsın”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın