Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Sosial / Torpaq yoldakı quyuları doldurub rayona qaçanlar… – Video

Torpaq yoldakı quyuları doldurub rayona qaçanlar… – Video

Axşam saatlarından rayonlara üz tutanların sayı çox olduğundan qurulan polis postlarında sıxlıq yaşanıb.

Həmin sıxlıqda qalan sürücülərin bəziləri qoyulan məhdudiyyətlərə baxmayaraq, torpaq yola üz tutub.

Torpaq yolda müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbir olaraq qazılan quyular sürücü və sərnişinlər tərəfindən doldurulub. Lakin onlar torpaq yolla magistral yolun birləşməsində polis əməkdaşları tərəfindən saxlanılıb.

Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti şöbəsi rəisi polis polkovniki Sadin Əsgərov bildirib ki, gün ərzində postda karantin rejimi qaydalarını pozan torpaq yollardan istifadə edən 200-ə yaxın sürücü cərimələnib.

Qeyd edək ki, paytaxtdan çıxaraq rayonlara doğru hərəkətdə olan Bakı, Sumqayıt və Abşeron sakinləri geri qaytarılıb və onlar məsuliyyətə cəlb olunub.

Təxminən 8 saat postda sıxlıq yaranıb.

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …