Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Torpaq üstündə kütləvi dava olub, yaralananlar var

Torpaq üstündə kütləvi dava olub, yaralananlar var

Gədəbəy rayonunda torpaq üstündə kütləvi dava baş verib. 

“Report”un məlumatına görə, hadisə rayonun Parakənd kəndində qeydə alınıb.

Belə ki, qonşular arasında düşən kütləvi dava zamanı kənd sakini, 1968-ci il təvəllüdlü Minarə Fətman qızı Quliyeva başından küt alətlə ağır zərbə alaraq yaralanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib və travmatologiya şöbəsinə yerləşdirilib.

Dava zamanı qarşı tərəfdən də iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alsalar da, xəstəxanaya müraciət etməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …