Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Sosial / Torpaq sahibləri qazıntı zamanı tapıntıları nazirliyə verməlidir – QƏRAR

Torpaq sahibləri qazıntı zamanı tapıntıları nazirliyə verməlidir – QƏRAR

“Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları”na dəyişikliklər edilib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklərə əsasən, bundan sonra mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər onlara məxsus torpaq sahələrinin hüdudları daxilində, icazə almadan öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Amma qazıntılar zamanı aşkar edilmiş tapıntılar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilməlidir.

Bundan başqa, yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran nadir geoloji və mineraloji törəmələr, meteoritlər, paleontoloji, arxeoloji və digər obyektlər aşkar edilərkən işlər dayandırmalı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bu barədə dərhal məlumat verməlidirlər.

Həmçinin oxuyun

Kərəm Həsənovdan Prezidentə şikayət olundu – NARAZILIQ…

Bakı şəhər sakini Gülarə Əliyeva Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovdan redaksiyamıza şikayət …