Cümə axşamı , May 26 2022
Ana səhifə / Sosial / Topaz” müsibətindən “Poz, qazan” faciəsinə keçid: “Bu, qumardır”

Topaz” müsibətindən “Poz, qazan” faciəsinə keçid: “Bu, qumardır”

Şəhərin hansı metro stansiyasından çıxmağımızdan, hansı avtobusdan enməyimizdən asılı olmayaraq bizi ilk qarşılayan “poz qazan” piştaxtası və onun ətrafına toplaşmış qocadan cavanadək olan insanlardır. 

Hər kəs əlində bir və ya bir neçə lotoreya ilə pozur. Pozur ki, bəlkə nəsə qazanar. Son zamanlar bu lotereyanın məhşurlaşmasının başlıca səbəbi insanların bu lotereyadan itirdiklərini yox, qazanclarını bəyan etməsidir. Sosial çətinliyin və işsizliyin olduğu bir dövrdə insanların son ümid yeri bu lotereyalardır.
Təsadüfi deyil ki, bir neçə gün öncə bu lotereyadan qazanılan 200.000 manatdan sonra iki əmioğlu mübahisə edərək polis tərəfindən saxlanıldı. Demək, bu həm də ailələrdə münasibətlərin korlanmasına yol açan bəladır.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Sosiolaq Əhməd Qəşəmoğlu ölkəmizdə kazinoların qadağan olunduğunu, lakin qumarın müxtəlif formalarından istifadə edildiyini deyib:“Əvvəla, bunun artmasının birinci səbəbi odur ki, cəmiyyətin özündə buna şərait var. Belə oyunların populyarlaşması üçün şərait yaradılıb. Azərbaycan cəmiyyətinin bir nömrəli problemi kimi biz çalışmalıyıq ki, cəmiyyətə mənəvi dəyərlərə təsir edən, cəmiyyətə xoş təsir bağışlamayan amillər az olsun. Tarix boyu o cəmiyyət daha ahəngdar inkişaf yolunda olub ki, o cəmiyyətlərdə mənəvi dəyərlər öndə olub.Amma biz hələlik bu kimi şeylərə fikir vermirik. Müəyyən insanlar o, oyunların qurulmasında əhalini fikirləşmirlər. Onlar öz gəlirini düşünürlər. Bu, qumara dəvət etməkdir. Qumar bizim dinimizdə də qadağan olunub və normal cəmiyyətlərdə də buna yaxşı baxılmayıb. Hətta Sovet dönəmində belə, o cəmiyyətin mənfi xüsusiyyətlərinə baxmayaraq, belə şeylərə qarşı çox ciddi münasibət var idi.
İndiki vaxta insanların buna marağının artmasının bir neçə səbəbi var. Birincisi “poz, qazan” şəbəkələri və ya buna oxşar şəbəkələri üçün yaranmış şərait, ikincisi camaatda müəyyən qədər iqtisadi çətinliklər var və düşünürlər ki, haradansa pul əldə etmək lazımdır. Biri risk etmək üçün oynayır, digəri fikirləşir ki, bəlkə Allah mənə bu yolla pul yetirdi”.
Sosioloq bu oyuna marağın artmasını insanların məşğuliyyətinin olmaması və getdikcə çətinləşən sosial problemlərdə olduğunu bildirib:“Əgər əhalinin məşğuliyyəti yüksək səviyyədə olsa, hər kəsdə ciddi və ağıllı işlə məşğul olmaq imkanı olsa, heç “poz, qazan” oyunlarına əhalidə maraq qalmaz. Yəni bekar, işi olmayan, pulu olmayan adamlar bu şəbəkənin inkişafı üçün münbit şərait yarandır və həmin kəslər bu şəraitdən sui-istifadə edərək, poz qazan şəbəkəsini daha da inkişaf etdirirlər. Bunun istər ölkə, istərsə də cəmiyyət üçün nəticələri mənfidir və müsbət heç nə ola bilməz. İstər sosial, istər dini, istərsə də psixoloji tərəfdən çox pis nəticələri olur”.Əhməd Qəşəmoğlu insanların bu oyunlarda ciddi pullar itirdiyini və bunun da ailədaxili problemlərə yol açdığını deyib: “İnsanlar var ki, bu oyunlarda xeyli vəsait itirir və ailələrində ciddi problemlər yaranır. Bu gərginlik boşanmaya qədər gedib çıxır. Bu qumardır. Bunun adını “poz qazan” qoy, “lalələr” qoy bu yenə də qumardır”.

“Mən gedən bütün prosesləri izləyirəm, eyni zamanda sosioloqlarla bu məsələləri müzakirə edirik. Bu oyunlar evlərdə çox ciddi gərginlik yaradır. İnsanlar bu kimi oyunlarla məşğul olanda, özlərində psixoloji dəyişiklik baş verir, psixoloji aşınma yaranır. İnsanın xarakteri dəyişir. Daim gərgin olurlar. Ailədə həmin adamlara münasibət dəyişir. Həmin kişinin anası da, xanımı da ona etiraz edir və yoldaşı ilə yaranan mübahisəni uşaqlar da eşidir və başa düşürlər ki, ataları pis işlə məşğuldur.
Əgər cekpot 5000, 10000, 20000 manatdırsa, bu qumardır. Bunun başqa adı yoxdur. Kazinolar qadağan olunsa da, bu da qumarın ayrı növüdür. Bununla məşğul olanlar daha çox kişilərdir.

Birincisi onlarda psixoloji sarsıntı baş verir, ikincisi ailədə nüfuzdan düşürlər, üçüncüsü isə uduzan zaman ailəyə iqtisadi tərəfdən zərər dəyir və bunun nəticəsində ailələrdə böyük gərginliklər yaranır. Mənəvi dəyərlərə zərər verən istənilən hərəkət ölkədə məhdudlaşmalı və qadağan edilməlidir. Sabah cəmiyyətdə min ailədə belə gərginlik yaranacaqsa, o dörd divar arxanında qalmayacaq və ətrafa yayılacaq. Pul uduzan adam itirdiklərini qazanmaq üçün başqa yollara əl atmağa məcbur qalacaq, kimisi aldadacaq və ya kimdənsə rüşvət alacaq. Əgər mənim səlahiyyətimdə olsaydı, belə şeyləri qadağan edərdim” – deyə o, fikirlərini yekunlaşdırıb.

Həmçinin oxuyun

Azərbaycanda son sutkada 3 nəfər koronavirusa yoluxub – 2 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq …