Ana səhifə / Sosial / Tofiq Yaqublunun mövqeyi Müsavatda birmənalı qarşılanmadı…

Tofiq Yaqublunun mövqeyi Müsavatda birmənalı qarşılanmadı…

Xəbər verdiyimiz kimi bu gün Milli Şuranın növbəti iclası keçirilib. İclas zamanı Müsavat başqnının müavini Tofiq Yaqublu qurumun koordinasiya mərkəzinə üzv seçilib.

Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri, Divan üzvü Razim Əmiraslanov açıqlamasında bildirdi ki, o, Tofiq Yaqublunun mövqeyinə yenidən baxacağına ümid edir:

“Milli Şura 2013-cü ildə prezident seçkiləri ilə əlaqədar yaradılmış bir qurum idi və müxalifətin uğuru kimi qəbul edildi. Amma təəssüf ki, gözləntilərə rəğmən nə azad, ədalətli seçkiyə, nə hakimiyyətin seçki yolu ilə dəyişdirilməsinə, nə də cəmiyyətin fəallığına nail olmaq mümkün olmadı. Hətta ən populyar vahid namizəd ola-ola.

Bütün bunları nəzərə alaraq 2014 – cü ilin yanvar ayında köklü dəyişikliklərə nail olmaq üçün başqa üsullar, metodlar, fərqli mübarizə taktikasının seçilməsini zəruri olduğunu bildirərək Milli Şuranın fəaliyyətində Müsavat Partiyası üzvlərinin iştirakını məqsədəuyğun sayılmayıb. Üzvlük orada fərdi qaydada olsa da inanıram ki, Tofiq bəy partiyanın mövqeyini əsas götürərək bu məsələyə yenidən baxacaq”. Moderator.az

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın