Bazar ertəsi , May 27 2019
Ana səhifə / Sosial / Tofiq Yaqubludan AXCP-yə dəstək

Tofiq Yaqubludan AXCP-yə dəstək

“Demokratik düşərgə əsl cəbhəçiləri və Əli Kərimlini müdafiə etməlidir”

Vicdan məhbusu, Müsavat başqanının müavini Tofiq Yaqublu hakimiyyətin AXCP-yə qarşı “Razi əməliyyatı” ilə bağlı demokratik düşərgəyə çağırış edib. Tofiq Yaqublu fikirlərini telefon əlaqəsi saxladığı qızı Nigar Yaqublu vasitəsilə çatdırıb. Nigar Yaqublu atasının dediklərini facebook səhifəsində paylaşıb.

“Bakıdan çox uzaqda Tomsk şəhərində Kənanın (Tofiq bəyin nəvəsi, mərhum Nərgiz Yaqublunun oğlu – red.) yanında olsam da, ata ilə danışmaq imkanım olur. Əhvalı və səhhəti normaldır. Hər kəsə salam söylədi. Danışıq zamanı AXCP daxilində baş verənlərə öz mövqeyini bildirdi. O bildirdi ki, demokratik düşərgə hakimiyyətin AXCP daxilində süni şəkildə təşkil etdiyi bir qrup “narazı”ları, yəni “na-Razi”ləri yox, yenə əsl cəbhəçiləri və Əli Kərimlini müdafiə etməlidir. Üstəlik Müsavat Partiyası da bu haqda öz konkret mövqeyini bildirməlidir”, – deyə Nigar Yaublu yazıb.

Həmçinin oxuyun

Bayıl sürüşmə zonasında yaşayan məcburi köçkünlərə maddi yardım veriləcək – İcra Hakimiyyəti

Azərbaycan Nazirlər Kabineti Bakının Səbail rayonu, Bayıl sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi üçün 9 201 …

Bir cavab yazın