Ana səhifə / Sosial / Tofiq Yaqublu: “Sanki Müsavat partiyasının tapşırığına əsasən bu müraciətə qoşuluram…”

Tofiq Yaqublu: “Sanki Müsavat partiyasının tapşırığına əsasən bu müraciətə qoşuluram…”

“Bakı şəhər meri Hacıbala Abutalıbovla görüşdə Milli Şuranın təşkil etdiyi mitinqin günü ilə bağlı müzakirə apardıq. Mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəndə şüarlarımızı qeyd eləmişik, əlavə heç bir şüar səslənməyəcək”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Müsavat partiyasının başqan müavini, Milli Şuranın koordinasiya mərkəzinin üzvü Tofiq Yaqublu Bakı şəhər Baş Polis İdarəsininn Milli Şuranın mitinqi ilə bağlı xəbərdarlığına münasibət bildirərkən deyib.

Qeyd edək ki, İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək.

Tofiq Yaqublu Müsavat başqanının müavini Yadigar Sadıqovun onun subardinasiya qaydalarına əməl etməyərək Milli Şuranın mitinqilə bağlı müraciətinə imza atmasının düzgün olmadığı barədə fikirlərinə belə reaksiya verib: “Yadigar Sadıqovun fikri ilə tanış deyiləm. Kimlərinsə narazılığından xəbərim yoxdur. Bir neçə media orqanından zəng elədilər ki, sanki Müsavat partiyasının tapşırığına əsasən bu müraciətə qoşuluram, partiya da mitinqə qatılır. Mən də bu suallardan sonra zərurət hiss edib açıqlama verdim ki, mitinqə Müsavat partiyasının təmsilçisi kimi deyil, Milli Şuranın koordinasiya mərkəzinin üzvü kimi imza atmışam. Burada bir problem görmürəm, aydın olmayan heç nə yoxdur”.

“Bəs Müsavat başqanı Arif Hacılı bu addımınızla bağlı hər hansı fikir bildiribmi” sualına Tofiq Yaqublunun cavabı belə olub: “Əlavə suallara cavab verməyəcəyəm. Bir daha qeyd edirəm, mən Milli Şuranın koordinasiya mərkəzinin tam hüquqlu üzvü kimi mitinqlə bağlı müraciətə imza atmışam. Müsavat partiyası formal olaraq mitinqin təşkilatçısı deyil, Milli Şura ayrı, Müsavat ayrı siyasi təşkilatdır”.

O, Müsavat partiyası ilə AXCP arasında bir müddət öncə başladığı müzakirələrin nəticəsiz qaldığına dair fikirlərə də münasibətini açıqlayıb: “Mən lazım bildiyim işi aparıram, onun nəticəsinin olacağına inanıram. Başqa təfərrüatlar haqda danışmaq istəmirəm”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın