Ana səhifə / Sosial / Tofiq Yaqublu Milli Şurada qaldığını elan etdi

Tofiq Yaqublu Milli Şurada qaldığını elan etdi

Elman Fəttah: “Milli Şurada bildiyim qədərilə Müsavat üzvü olmamalıdır”

“O vaxt da bu fikirdəydim ki, Müsavat Partiyası Milli Şurada qalmalıdır”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu deyib. T.Yaqublu 2013-cü ildə Müsavat Partiyasının Milli Şuradan çıxmaqla bağlı qərarının olmasına baxmayaraq, bu təşkilatda təmsil olunduğunu açıqlayıb: “Milli Şura fərdlərin təşkilatıdır. Mən də fərd olaraq, Milli Şurada qalıram, çıxmamışam. Milli Şuranın toplantılarında da iştirak edəcəyəm. Milli Şurada təmsil olunduğumu Müsavat Partiyasının rəhbərliyi də bilir. Onlar da normal yanaşırlar. Partiyada Milli Şurada qalmağımla bağlı mənə heç bir irad bildirilməyib”.
O, AXCP və Müsavat Partiyası arasında yaranmış gərginliyin həllinə çalışacağını da deyərək, bu istiqamətdə ilkin söhbətlərin aparıldığını qeyd edib.
Tofiq Yaqublunun dedikləri ilə bağlı Müsavat başqanının müavini Elman Fəttahın mövqeyini öyrəndik. E.Fəttah “Yeni Müsavat”a bunları bildirdi: “Milli Şurada bildiyim qədərilə Müsavat üzvü olmamalıdır. Onun Milli Şura üzvü olaraq qalmağa davam etdiyini indi özünün açıqlamasından eşidirəm. Tofiq Yaqublu siyasi fəaliyyətində ultra sərbəstliyi üstün tutur.
Partiyada  bu məsələ heç vaxt müzakirə edilməyib. Bu baxımdan əlavə münasibət bildirə bilmərəm”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın