Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Tofiq Türkel Elçibəylə görüşünün sirlərini açdı

Tofiq Türkel Elçibəylə görüşünün sirlərini açdı

Jurnalist Fuad Ağayevin dediklərini təsdiqlədi; Elçibəy qanun layihəsini hazırlayanlardan inciməyib

Hər ilin iyun ayında 1993-cü ilin hadisələri ölkə gündəminin əsas mövzularından biri olur. AXC hakimiyyətinin süqutuna gedən yolda 23 il öncə 4 iyun qiyamının baş verməsi, ardınca mərhum prezident Əbülfəz Elçibəyin 17 iyunda Kələkiyə getməsi və 24 iyunda səlahiyyətlərinin alınması daim gündəm olur. 
Müzakirələrin fonunda Elçibəyin hakimiyyətdən salınması üçün hazırlanan qanun layihəsinin müəllifləri də gündəmə gətirilir. O zaman AXC hakimiyyətinə qarşı əsas müxalif qurumlardan olan AMİP sədri Etibar Məmmədova ən yaxın şəxslərdən olan vəkil Fuad Ağayevin “Yeni Müsavat” a bununla bağlı verdiyi son açıqlamada bəzi fikirləri diqqət çəkib. Vəkil qanun layihəsini hazırladığına görə Elçibəyin ondan incimədiyini, əksinə, bunu zərurətdən doğan addım kimi dəyərləndirdiyini qeyd edib. F.Ağayev bununla bağlı xalq hərəkatının iştirakçısı, jurnalist Tofiq Türkelin məlumatlı olduğunu bildirib.
T.Türkel “Yeni Müsavat” a açıqlamasında vəkilin dediklərini təsdiqlədi: “Elçibəy həqiqətən də inciməyib. Çünki mən və bir neçə nəfərin onunla danışığı olub. Biz Bəyi dünən, srağagün tanımamışdıq. Onu 1986-87-ci illərdən tanıyırdıq. O vaxt Çənlibel və digər qurumlar yaradılırdı. Bu mənada biz Elçibəyi daha tez tanıdıq. Təxminən 1994-cü illərə təsadüf edirdi ki, həmin ildə Kələkidə onunla görüşümüz olub. Konkret bu məsələ ilə bağlı görüşümüz deyildi. Ümumi məsələlərdən danışdıq. Söhbətin gedişində bu məsələyə də toxunduq. Heç bir narazılığını bildirmədi. Amma mən soruşdum ki, səhəri gün bu qərarın hazırlanmasını necə dəyərləndirərsiniz, münasibətiniz necə olar? Bəy cümləni axıra qədər demədən belə cavab verdi ki, təbii məntiqin yekunu kimi. İşlətdiyi ifadə bu oldu. Cümləni də bütöv demədi. Bu sənədin hazırlanması məsələnin mahiyyəti deyildi. Məsələnin mahiyyətini Elçibəy gözəl bilirdi. Hadisələrin haradan qaynaqlandığını da bilməmiş deyildi”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın