Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Tofiq Hacıyevin yerinə kim gətiriləcək?

Tofiq Hacıyevin yerinə kim gətiriləcək?

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktor postu hazırda boşdur. Məlum olduğu kimi, qurumun birinci şəxsi akademik Tofiq Hacıyev noyabrın 27-də dəm qazından boğularaq faciəli şəkildə dünyasını dəyişdi. Ondan əvvəl də bu post uğrunda gərgin mübarizələr gedirdi. Hətta mərhum akademik yay aylarında direktor kürsüsündən qısa müddətlik uzaqlaşdı. O ərəfədə onu filologiya elmləri doktoru  Möhsün Nağısoylu əvəzlədi.
Amma Tofiq Hacıyev sonradan vəzifəsinə qayıtdı.

Modern.az  xəbər verir ki, gələn həftənin çərşənbə günü AMEA Rəyasət Heyətinin keçiriləcək iclasında böyük ehtimalla Dilçilik İnstitutuna yeni direktor təyin ediləcək. Bu təyinat təxirə salınsa belə, gələn həftənin çərşənbə günündə bu vəzifəni əvəz edəcək şəxs bilinəcək. Hazırda institutda direktoru əvəz edən şəxs yoxdur.

Dilçilik İnstitutunun direktor müavinləri fəlsəfə doktorları Baba Məhərrəmli və Şadiman Bağırovdur.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın