Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Sosial / Tıxac olmasın deyə ağacları yerindən çıxaracaqlar

Tıxac olmasın deyə ağacları yerindən çıxaracaqlar

Sumqayıt yolunun Xırdalan dairəsinin genişləndirilməsi zamanı tikinti altına düşən ağacların götürülməsinə ictimai dinləmələrdən sonra rəy verilib.

Bu barədə “Tikinti, istehsalat və digər layihələrə ekoloji rəyin verilməsi prosedurlarında yenilik, ictimai dinləmələrin şəffaflığın təmin edilməsində və əhalinin məlumatlandırılmasında rolu” mövzusunda konfransda Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov deyib.

O bildirib ki, mümkün olan yerdə ağaclar saxlanılır. Konkret olaraq Sumqayıt yolunun genişləndirilməsi layihəsində ağacların saxlanılması isə mümkün deyil.

“Layihənin dövlət əhəmiyyəti, əhalinin rahatlığının təmin edilməsi, yol tıxacların qarşısının alınmasının vacibliyi nəzərə alınaraq burada tikinti altına düşən ağacların götürülməsinə ictimai dinləmədən sonra, məsləhətləşmələrdən sonra müsbət rəy verilib. Bu şərtlə ki, həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin”, – deyə o əlavə edib.

M.Qənbərovun sözlərinə görə, hər kəsə bəllidir ki, hər gün bu yolda insanlar saatlarla tıxacda qalır, vaxt itkisi yaranır, insanların əsəbləri pozulur. Ən əsası isə tıxacda dayanan yüzlərlə avtomobildən havaya külli miqdarda zərərli maddələr atılır ki, bu da sağlamlığımıza və təbiətimizə zərər verir: “Belə olan halda tikinti altına düşən ağacların götürülməsi, əvəzində daha çox ağacın əkilməsi və tıxacların aradan qaldırılması məqsədəuyğundur, yoxsa insanların saatlarla yolda qalması və digər fəsadlar? Amma yenə də xüsusi olaraq qeyd edirəm ki, vəzifə borcumuz odur ki, rəyə göndərilən layihələrin məzmun və formasından asılı olmayaraq, bizim üçün hər şeydən əvvəl ekoloji faktorlardır, ətraf mühitin qorunmasıdır. Ona görə də təqdim olunan layihələrin hamısı ictimai dinləmədən keçirilir, ictimaiyyətlə məsləhətləşmələrdən sonra rəy verilməsi barədə qərar verilir”. Sputnik

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …