Ana səhifə / Sosial / Tillerson: “ABŞ Azərbaycanla yaxın illərdə daha sıx əməkdaşlığa ümid bəsləyir”

Tillerson: “ABŞ Azərbaycanla yaxın illərdə daha sıx əməkdaşlığa ümid bəsləyir”

Birləşmiş Ştatlar Azərbaycanla yaxın illərdə ikitərəfli münasibətlərin bütün sahələrində daha sıx əməkdaşlığa ümid bəsləyir.

“Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson 28 May – Respublika günü münasibəti ilə Azərbaycan xalqına ünvanladığı təbrikində bildirib.

Tillerson Dövlət Departamentinin saytına yerləşdirilən təbrikində, həmçinin ABŞ-ın əvvəlki kimi Dağlıq Qarabağmünaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduğunu qeyd edib:

“Amerika xalqı adından Azərbaycan xalqına Respublika günü münasibəti ilə səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Birləşmiş Ştatlar və Azərbaycan arasında illər ərzində demokratik prinsiplər əsasında formalaşan əməkdaşlığa bağlı güclü tərəfdaşlıq var. Mən, 99 il əvvəl müsəlman aləmində ilk parlament respublikası yaratmış zəngin tarixə malik Azərbaycan xalqını, həmçinin Ramazan ayının başlanması münasibəti ilə təbrik edirəm. İndiki kimi, əvvəl də sizin uzaqgörənliyiniz olub və siz bunun reallığa çevrilməsi üçün çalışmısınız.

Birləşmiş Ştatlar öz xalqının fundamental azadlıqlarına hörmətlə yanaşan daha təhlükəsiz və çiçəklənən dövlət qurmaq səylərini dəstəkləyir. Biz, eləcə də, əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiqik.

Birləşmiş Ştatlar Azərbaycanla yaxın illərdə ikitərəfli münasibətlərin bütün sahələrində daha sıx əməkdaşlığa ümid bəsləyir”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın