Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Sosial / Tikintiyə icazə sənədləri “vahid pəncərə sistemi” ilə veriləcək –VİDEO

Tikintiyə icazə sənədləri “vahid pəncərə sistemi” ilə veriləcək –VİDEO

Paytaxtın memarlıq üslubuna nəzarəti Bakı Şəhər İcra Hakimiyyəti deyil, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Belə ki, Komitənin aparat rəhbəri Anar Quliyev yeni səlahiyyətdən danışıb.

O bildirib ki, yeni səlahiyyət onlara həm paytaxtın baş planının qaydalar çərçivəsində icrasına yardım edəcək, həm də sahibkarların tikinti fəaliyyətinin şəffaflaşdırılmasına geniş imkanlar yaradacaq.

A.Quliyevin sözklərinə görə, sahibkarların işini asanlaşdırmaq üçün əsas məsələ bütün icazə sənədlərinin vahid pəncərə sistemi vasitəsilə bir mərkəzdə təşkil edilməsidir. Bundan başqa, Bakı bulvarında inşa ediləcək obyektlərə də nəzarəti Komitə həyata keçirəcək.

Qeyd edək ki, Bakı bulvarının obyektlər inşa edilməmiş yeni sahəsində tikintilər Komitənin hazırladığı konsepsiya əsasında inşa ediləcək.

VIPedu.BIZ

Həmçinin oxuyun

Şamaxıda şürüşmə ailələri evsiz qoydu (FOTO/VİDEO)

Şamaxının Quşçu kəndində sürüşmə yenidən aktivləşib. Səbəb isə son günlər müşahidə edilən intensiv yağışlardır.  Belə …