Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Tikintidə yol verilən əsas nöqsanlar açıqlandı

Tikintidə yol verilən əsas nöqsanlar açıqlandı

Azərbaycanda aparılmış araşdırmalar nəticəsində şəhərsalma və tikinti qanunvericiliyinin pozulması faktları ilə bağlı 193 obyekt üzrə, o cümlədən Bakı şəhərində 83 tikinti obyekti üzrə icrası məcburi olan “Göstəriş”lər yazılaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunub.

Bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Aparılan araşdırmalar zamanı ən çox rast gəlinən nöqsanlar kimi yeni obyektlərin yerləşdirilməsində tikinti layihələrinin ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğuna dair tələblərin pozulması, yəni tikinti əmsalı və tikinti sıxlığı əmsalının normadan artıq olması, parklanma, yaşıllıq, istirahət yerləri üçün ərazilərin şəhərsalma normalarına uyğun nəzərdə tutulmaması, planlaşdırılan əhali artımına uyğun sosial xidmət obyektlərinin düzgün nəzərə alınmaması qeyd olunub.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …