Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / Sosial / Tikinti şirkəti BNA-nın avadanlığını dağıtdı

Tikinti şirkəti BNA-nın avadanlığını dağıtdı

Bakının Nərimanov rayonundakı  Təbriz küçəsində Nəqliyyatı İntellektual  İdarəetmə Mərkəzinə aid çox funksiyalı paylayıcı qutu zədələnərək tam yararsız hala salınıb. “Nərimanov ESTATE” tikinti şirkəti nəqliyyat axınının düzgün idarə olunması baxımından mühüm əhəmiyyət kəsb edən avadanlığı qeyri-qanuni olaraq tikinti sahəsinə daxil edərək çəpərləyib. Üzərində avadanlığın Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus olması və onun zədələnməməsi barədə xəbərdarlıq olmasına baxmayaraq tikinti şirkəti buna məhəl qoymayıb.

Məlumatı BNA yayıb.

23.06.2021 tarixində isə “Nərimanov ESTATE” şirkəti tikinti sahəsində aparılan iş zamanı idarəetmə lövhəsini dağıdıb. Tikinti şirkətinin məsuliyyətsiz və qanuna zidd əməli nəticəsində Təbriz küçəsi və ətraf ərazilərdə ümumilikdə sahə avadanlıqlarının işində, o cümlədən iki yol ayrıclarında svetoforda, müşahidə kameralarının və avtobus dayanacaqlarındakı “BakıKart” ödəmə terminallarının işi tamamilə dayanıb: “Təəssüflə bildiririk ki, yol ayrıcından svetoforun işləməməsi səbəbindən Təbriz-Əhmədbəy Ağaoğlu küçlərinin kəsişməsində yol nəqliyyat hadisəsi də qeydə alınıb. 

Qeyd olunan məsələ ilə bağlı hüquqi addımların atılmasına başlanılıb. Müvafiq aktlar tərtib olunaraq digər zəruri sənədlərlə birgə hüquq mühafizə oqranlarına təqdim olunacaq.   

Bu cür halların mütəmadi olaraq baş verdiyini nəzərə alaraq bir daha bildiririk ki, hüquqi və fiziki şəxslər dövlət əmlakı hesab edilən,  ən əsası isə hərəkətin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edən sahə avadanlıqlarına qarşı son dərəcə diqqətli və məsuliyyətli olmalıdır. Bu cür avadanlıqların əhəmiyyətinin nəzərə alınmadığı kiçik bir nüans sonda yüzlərlə insanın lüzumsuz yerə əziyyət çəkməsinə, hətta həyatlarının təhlükə altına düşməsinə səbəb olur”.

Həmçinin oxuyun

Ev alarkən diqqətli olun: Sizin də başınıza gələ bilər – VİDEO

Son vaxtlar bəzi vətəndaşlar mənzil aldıqdan sonra onu satmaq istədikdə problemlə qarşılaşırlar. Alqı-satqı zamanı məlum …